The Quran in Azerbaijani - Surah Humazah translated into Azerbaijani, Surah Al-Humazah in Azerbaijani. We provide accurate translation of Surah Humazah in Azerbaijani - الأذربيجانية, Verses 9 - Surah Number 104 - Page 601.

| وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ (1) Hər bir qeybət edənin, tənə vuranın vay halına |
| الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ (2) O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır |
| يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ (3) və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır |
| كَلَّا ۖ لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ (4) Xeyr! O, mütləq Hutəməyə atılacaqdır |
| وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ (5) Sən haradan biləsən ki, Hutəmə nədir |
| نَارُ اللَّهِ الْمُوقَدَةُ (6) Bu, Allahın qaladığı Oddur |
| الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ (7) O Od ki, qalxıb ürəklərə çatacaq |
| إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ (8) Həqiqətən, o Od onların üzərində qapanacaqdır |
| فِي عَمَدٍ مُّمَدَّدَةٍ (9) Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar |