| إِذَا السَّمَاءُ انشَقَّتْ (1) Göy yarılacağı
 | 
| وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ (2) və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman
 | 
| وَإِذَا الْأَرْضُ مُدَّتْ (3) Yer dümdüz ediləcəyi
 | 
| وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ (4) içindəkiləri kənara atıb boşalacağı
 | 
| وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ (5) və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman
 | 
| يَا أَيُّهَا الْإِنسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ (6) Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan
 | 
| فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ (7) Kimin kitabı sağ əlinə veriləcəksə
 | 
| فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا (8) o, yüngül sorğu-suala tutulacaq
 | 
| وَيَنقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا (9) və sevincək öz ailəsinə qayıdacaqdır
 | 
| وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ (10) Kimin kitabı arxa tərəfindən veriləcəksə
 | 
| فَسَوْفَ يَدْعُو ثُبُورًا (11) o özünə ölüm diləyəcək
 | 
| وَيَصْلَىٰ سَعِيرًا (12) və alovlu oda atılacaqdır
 | 
| إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا (13) Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi
 | 
| إِنَّهُ ظَنَّ أَن لَّن يَحُورَ (14) və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır
 | 
| بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا (15) Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü
 | 
| فَلَا أُقْسِمُ بِالشَّفَقِ (16) And içirəm şəfəqə
 | 
| وَاللَّيْلِ وَمَا وَسَقَ (17) gecəyə və onun ağuşuna aldıqlarına
 | 
| وَالْقَمَرِ إِذَا اتَّسَقَ (18) bədirlənmiş on dörd gecəlik aya
 | 
| لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ (19) Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz
 | 
| فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ (20) Onlara nə olub ki, iman gətirmirlər
 | 
| وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩ (21) və onlara Quran oxunduqda səcdə etmirlər
 | 
| بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ (22) Əksinə, küfr edənlər haqqı yalan sayırlar
 | 
| وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ (23) Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir
 | 
| فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ (24) Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ
 | 
| إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ (25) iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır
 |