| وَالْمُرْسَلَاتِ عُرْفًا (1) And olsun xeyirlə göndərilənlərə
 | 
| فَالْعَاصِفَاتِ عَصْفًا (2) və şiddətlə əsənlərə
 | 
| وَالنَّاشِرَاتِ نَشْرًا (3) And olsun Allahın əmrini yaydıqca yayanlara
 | 
| فَالْفَارِقَاتِ فَرْقًا (4) haqqı nahaqdan ayırdıqca ayıranlara
 | 
| فَالْمُلْقِيَاتِ ذِكْرًا (5) və zikri çatdıranlara –
 | 
| عُذْرًا أَوْ نُذْرًا (6) üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara
 | 
| إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ (7) Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır
 | 
| فَإِذَا النُّجُومُ طُمِسَتْ (8) Ulduzlar sönəcəyi zaman
 | 
| وَإِذَا السَّمَاءُ فُرِجَتْ (9) Göy yarılacağı zaman
 | 
| وَإِذَا الْجِبَالُ نُسِفَتْ (10) Dağlar dağılacağı zaman
 | 
| وَإِذَا الرُّسُلُ أُقِّتَتْ (11) Elçilərə vaxt təyin olunacağı zaman –
 | 
| لِأَيِّ يَوْمٍ أُجِّلَتْ (12) deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”
 | 
| لِيَوْمِ الْفَصْلِ (13) Deyiləcəkdir: “Ayırd etmə gününədək!”
 | 
| وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ (14) Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (15) Qiyaməti yalan sayanların o Gün vay halına
 | 
| أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ (16) Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi
 | 
| ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ (17) Sonrakıları da onlara qatacağıq
 | 
| كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ (18) Biz günah sahibləri ilə belə davranırıq
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (19) Qiyaməti yalan sayanların o gün vay halına
 | 
| أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ (20) Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi
 | 
| فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ (21) Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
 | 
| إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ (22) məlum bir vaxta kimi
 | 
| فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ (23) Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (24) Qiyaməti yalan sayanların o gün vay halına
 | 
| أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا (25) Məgər Biz yeri məskən etmədikmi –
 | 
| أَحْيَاءً وَأَمْوَاتًا (26) dirilər və ölülərə
 | 
| وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُم مَّاءً فُرَاتًا (27) Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (28) Qiyaməti yalan sayanların o gün vay halına
 | 
| انطَلِقُوا إِلَىٰ مَا كُنتُم بِهِ تُكَذِّبُونَ (29) Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə
 | 
| انطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ (30) Üç qola ayrılan kölgəliyə gedin!”
 | 
| لَّا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ (31) Ora nə kölgə salır, nə də alovdan qoruyur
 | 
| إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ (32) Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür
 | 
| كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ (33) Onlar sanki sarı dəvələrdir
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (34) Qiyaməti yalan sayanların o gün vay halına
 | 
| هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ (35) Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür
 | 
| وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ (36) Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (37) Qiyaməti yalan sayanların o gün vay halına
 | 
| هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ (38) Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik
 | 
| فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ (39) Əgər hiyləniz varsa, Mənə qarşı işlədin
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (40) Qiyaməti yalan sayanların o gün vay halına
 | 
| إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ (41) Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
 | 
| وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ (42) və istədikləri meyvələr içində olacaqlar
 | 
| كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ (43) Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için
 | 
| إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ (44) Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (45) Qiyaməti yalan sayanların o gün vay halına
 | 
| كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ (46) Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (47) O gün Qiyaməti yalan sayanların vay halına
 | 
| وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ (48) Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (49) O gün haqqı yalan sayanların vay halına
 | 
| فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ (50) Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar
 |