وَالْمُرْسَلَاتِ عُرْفًا (1) And olsun xeyirlə göndərilənlərə |
فَالْعَاصِفَاتِ عَصْفًا (2) və şiddətlə əsənlərə |
وَالنَّاشِرَاتِ نَشْرًا (3) And olsun Allahın əmrini yaydıqca yayanlara |
فَالْفَارِقَاتِ فَرْقًا (4) haqqı nahaqdan ayırdıqca ayıranlara |
فَالْمُلْقِيَاتِ ذِكْرًا (5) və zikri çatdıranlara – |
عُذْرًا أَوْ نُذْرًا (6) üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara |
إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ (7) Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır |
فَإِذَا النُّجُومُ طُمِسَتْ (8) Ulduzlar sönəcəyi zaman |
وَإِذَا السَّمَاءُ فُرِجَتْ (9) Göy yarılacağı zaman |
وَإِذَا الْجِبَالُ نُسِفَتْ (10) Dağlar dağılacağı zaman |
وَإِذَا الرُّسُلُ أُقِّتَتْ (11) Elçilərə vaxt təyin olunacağı zaman – |
لِأَيِّ يَوْمٍ أُجِّلَتْ (12) deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?” |
لِيَوْمِ الْفَصْلِ (13) Deyiləcəkdir: “Ayırd etmə gününədək!” |
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ (14) Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi |
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (15) Qiyaməti yalan sayanların o Gün vay halına |
أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ (16) Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi |
ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ (17) Sonrakıları da onlara qatacağıq |
كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ (18) Biz günah sahibləri ilə belə davranırıq |
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (19) Qiyaməti yalan sayanların o gün vay halına |
أَلَمْ نَخْلُقكُّم مِّن مَّاءٍ مَّهِينٍ (20) Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi |
فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَّكِينٍ (21) Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi – |
إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ (22) məlum bir vaxta kimi |
فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ (23) Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz |
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (24) Qiyaməti yalan sayanların o gün vay halına |
أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا (25) Məgər Biz yeri məskən etmədikmi – |
أَحْيَاءً وَأَمْوَاتًا (26) dirilər və ölülərə |
وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُم مَّاءً فُرَاتًا (27) Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi |
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (28) Qiyaməti yalan sayanların o gün vay halına |
انطَلِقُوا إِلَىٰ مَا كُنتُم بِهِ تُكَذِّبُونَ (29) Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə |
انطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ (30) Üç qola ayrılan kölgəliyə gedin!” |
لَّا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ (31) Ora nə kölgə salır, nə də alovdan qoruyur |
إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ (32) Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür |
كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ (33) Onlar sanki sarı dəvələrdir |
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (34) Qiyaməti yalan sayanların o gün vay halına |
هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ (35) Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür |
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ (36) Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir |
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (37) Qiyaməti yalan sayanların o gün vay halına |
هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ (38) Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik |
فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ (39) Əgər hiyləniz varsa, Mənə qarşı işlədin |
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (40) Qiyaməti yalan sayanların o gün vay halına |
إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ (41) Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında |
وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ (42) və istədikləri meyvələr içində olacaqlar |
كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنتُمْ تَعْمَلُونَ (43) Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için |
إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ (44) Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” |
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (45) Qiyaməti yalan sayanların o gün vay halına |
كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ (46) Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız |
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (47) O gün Qiyaməti yalan sayanların vay halına |
وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ (48) Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər |
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (49) O gün haqqı yalan sayanların vay halına |
فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ (50) Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar |