| عَمَّ يَتَسَاءَلُونَ (1) Onlar nə barədə bir-birindən soruşurlar
 | 
| عَنِ النَّبَإِ الْعَظِيمِ (2) Böyük bir xəbər barəsində –
 | 
| الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ (3) elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər
 | 
| كَلَّا سَيَعْلَمُونَ (4) Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər
 | 
| ثُمَّ كَلَّا سَيَعْلَمُونَ (5) Bir daha xeyr! Onlar hökmən biləcəklər
 | 
| أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا (6) Məgər Biz yeri yataq etmədikmi
 | 
| وَالْجِبَالَ أَوْتَادًا (7) Dağları da payalar
 | 
| وَخَلَقْنَاكُمْ أَزْوَاجًا (8) Biz sizi cüt yaratdıq
 | 
| وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا (9) Yuxunuzu da sizin üçün rahatlıq etdik
 | 
| وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا (10) Gecəni örtük etdik
 | 
| وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا (11) gündüzü isə ruzi qazanmaq vaxtı
 | 
| وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا (12) Üstünüzdə yeddi möhkəm göy qurduq
 | 
| وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا (13) və çox parlaq bir çıraq yaratdıq
 | 
| وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا (14) Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki
 | 
| لِّنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا (15) onunla taxıl və digər bitkilər yetişdirək
 | 
| وَجَنَّاتٍ أَلْفَافًا (16) habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq
 | 
| إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا (17) Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir
 | 
| يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا (18) Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz
 | 
| وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا (19) O gün göyün qapıları açılacaqdır
 | 
| وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا (20) Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək
 | 
| إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا (21) Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir
 | 
| لِّلطَّاغِينَ مَآبًا (22) O, həddi aşanların qayıdacağı yerdir
 | 
| لَّابِثِينَ فِيهَا أَحْقَابًا (23) Onlar orada əsrlər boyu qalacaqlar
 | 
| لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا (24) Onlar orada nə bir sərinlik, nə də sərinlədirici içki dadacaqlar
 | 
| إِلَّا حَمِيمًا وَغَسَّاقًا (25) İçdikləri yalnız qaynar su və irin olacaq –
 | 
| جَزَاءً وِفَاقًا (26) Törətdikləri əməllərinə uyğun bir cəza kimi
 | 
| إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا (27) Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər
 | 
| وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا (28) Ayələrimizi də qətiyyətlə təkzib edirdilər
 | 
| وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا (29) Biz hər bir şeyi hesablayıb yazmışıq
 | 
| فَذُوقُوا فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا (30) Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq
 | 
| إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا (31) Həqiqətən, müttəqilər üçün nicat yeri vardır
 | 
| حَدَائِقَ وَأَعْنَابًا (32) Həmçinin bağlar və üzümlüklər
 | 
| وَكَوَاعِبَ أَتْرَابًا (33) dolğun döşlü həmyaşıd qızlar
 | 
| وَكَأْسًا دِهَاقًا (34) və ləbələb doldurulmuş qədəhlər də vardır
 | 
| لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا (35) Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər
 | 
| جَزَاءً مِّن رَّبِّكَ عَطَاءً حِسَابًا (36) Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir
 | 
| رَّبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا (37) Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar
 | 
| يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا (38) Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq
 | 
| ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَن شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا (39) O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar
 | 
| إِنَّا أَنذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنتُ تُرَابًا (40) Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”
 |