| إِذَا الشَّمْسُ كُوِّرَتْ (1) Günəş sarınacağı zaman
 | 
| وَإِذَا النُّجُومُ انكَدَرَتْ (2) ulduzlar soluxub sönəcəyi zaman
 | 
| وَإِذَا الْجِبَالُ سُيِّرَتْ (3) dağlar hərəkətə gətiriləcəyi zaman
 | 
| وَإِذَا الْعِشَارُ عُطِّلَتْ (4) boğaz dəvələr başlı-başına qalacaqları zaman
 | 
| وَإِذَا الْوُحُوشُ حُشِرَتْ (5) vəhşi heyvanlar bir yerə toplanılacağı zaman
 | 
| وَإِذَا الْبِحَارُ سُجِّرَتْ (6) dənizlər alovlanacağı zaman
 | 
| وَإِذَا النُّفُوسُ زُوِّجَتْ (7) hər kəs öz tayına qovuşdurulacağı zaman
 | 
| وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ (8) diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –
 | 
| بِأَيِّ ذَنبٍ قُتِلَتْ (9) hansı günaha görə öldürülmüşdür
 | 
| وَإِذَا الصُّحُفُ نُشِرَتْ (10) səhifələr açılacağı zaman
 | 
| وَإِذَا السَّمَاءُ كُشِطَتْ (11) göy qopardılacağı zaman
 | 
| وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ (12) Cəhənnəm alovlandırılacağı zaman
 | 
| وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ (13) və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman
 | 
| عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ (14) hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir
 | 
| فَلَا أُقْسِمُ بِالْخُنَّسِ (15) And içirəm gecə çıxıb gündüz batan ulduzlara
 | 
| الْجَوَارِ الْكُنَّسِ (16) seyrə çıxıb gizlənən səyyarələrə
 | 
| وَاللَّيْلِ إِذَا عَسْعَسَ (17) qaralmaqda olan gecəyə
 | 
| وَالصُّبْحِ إِذَا تَنَفَّسَ (18) və açılmaqda olan səhərə
 | 
| إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ (19) Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür
 | 
| ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ (20) O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir
 | 
| مُّطَاعٍ ثَمَّ أَمِينٍ (21) orada itaət ediləndir, etibarlıdır
 | 
| وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ (22) Sizin dostunuz Muhəmməd divanə deyildir
 | 
| وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ (23) O, Cəbraili aydın üfüqdə gördü
 | 
| وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ (24) O, qeybdən də xəsislik edən deyildir
 | 
| وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍ (25) Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir
 | 
| فَأَيْنَ تَذْهَبُونَ (26) Elə isə ondan üz döndərib hara gedirsiniz
 | 
| إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ (27) Bu, aləmlərə yalnız bir nəsihətdir –
 | 
| لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ (28) sizlərdən doğru yolda olmaq istəyənlər üçün
 | 
| وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ (29) Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz
 |