إِذَا الشَّمْسُ كُوِّرَتْ (1) Günəş sarınacağı zaman |
وَإِذَا النُّجُومُ انكَدَرَتْ (2) ulduzlar soluxub sönəcəyi zaman |
وَإِذَا الْجِبَالُ سُيِّرَتْ (3) dağlar hərəkətə gətiriləcəyi zaman |
وَإِذَا الْعِشَارُ عُطِّلَتْ (4) boğaz dəvələr başlı-başına qalacaqları zaman |
وَإِذَا الْوُحُوشُ حُشِرَتْ (5) vəhşi heyvanlar bir yerə toplanılacağı zaman |
وَإِذَا الْبِحَارُ سُجِّرَتْ (6) dənizlər alovlanacağı zaman |
وَإِذَا النُّفُوسُ زُوِّجَتْ (7) hər kəs öz tayına qovuşdurulacağı zaman |
وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ (8) diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman – |
بِأَيِّ ذَنبٍ قُتِلَتْ (9) hansı günaha görə öldürülmüşdür |
وَإِذَا الصُّحُفُ نُشِرَتْ (10) səhifələr açılacağı zaman |
وَإِذَا السَّمَاءُ كُشِطَتْ (11) göy qopardılacağı zaman |
وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ (12) Cəhənnəm alovlandırılacağı zaman |
وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ (13) və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman |
عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ (14) hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir |
فَلَا أُقْسِمُ بِالْخُنَّسِ (15) And içirəm gecə çıxıb gündüz batan ulduzlara |
الْجَوَارِ الْكُنَّسِ (16) seyrə çıxıb gizlənən səyyarələrə |
وَاللَّيْلِ إِذَا عَسْعَسَ (17) qaralmaqda olan gecəyə |
وَالصُّبْحِ إِذَا تَنَفَّسَ (18) və açılmaqda olan səhərə |
إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ (19) Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür |
ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ (20) O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir |
مُّطَاعٍ ثَمَّ أَمِينٍ (21) orada itaət ediləndir, etibarlıdır |
وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ (22) Sizin dostunuz Muhəmməd divanə deyildir |
وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ (23) O, Cəbraili aydın üfüqdə gördü |
وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ (24) O, qeybdən də xəsislik edən deyildir |
وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَّجِيمٍ (25) Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir |
فَأَيْنَ تَذْهَبُونَ (26) Elə isə ondan üz döndərib hara gedirsiniz |
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ (27) Bu, aləmlərə yalnız bir nəsihətdir – |
لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ (28) sizlərdən doğru yolda olmaq istəyənlər üçün |
وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ (29) Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz |