| وَالنَّازِعَاتِ غَرْقًا (1) And olsun kafirlərin canını zorla alanlara
 | 
| وَالنَّاشِطَاتِ نَشْطًا (2) And olsun möminlərin canını rahatlıqla alanlara
 | 
| وَالسَّابِحَاتِ سَبْحًا (3) And olsun göydə üzdükcə üzənlərə
 | 
| فَالسَّابِقَاتِ سَبْقًا (4) And olsun ötdükcə ötənlərə
 | 
| فَالْمُدَبِّرَاتِ أَمْرًا (5) And olsun buyruqları yerinə yetirənlərə
 | 
| يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ (6) O gün lərzəyə gələn lərzələnəcək
 | 
| تَتْبَعُهَا الرَّادِفَةُ (7) onun ardınca təkrar lərzələnəcək
 | 
| قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ (8) Həmən gün qəlblər qorxudan tir-tir əsəcək
 | 
| أَبْصَارُهَا خَاشِعَةٌ (9) Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq
 | 
| يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ (10) Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik
 | 
| أَإِذَا كُنَّا عِظَامًا نَّخِرَةً (11) Sümüklərimiz çürüdükdən sonra?”
 | 
| قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ (12) Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”
 | 
| فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ (13) O surun üfürülməsi təkcə qorxunc bir səsdir
 | 
| فَإِذَا هُم بِالسَّاهِرَةِ (14) O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar
 | 
| هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ (15) Musanın hadisəsi sənə yetişdimi
 | 
| إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى (16) O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi
 | 
| اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ (17) “Fironun yanına yollan! O, həddini çox aşmışdır
 | 
| فَقُلْ هَل لَّكَ إِلَىٰ أَن تَزَكَّىٰ (18) De: “Günahlardan xilas olmaq istəyirsənmi
 | 
| وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ (19) Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”
 | 
| فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ (20) Musa ən böyük möcüzəni Firona göstərdi
 | 
| فَكَذَّبَ وَعَصَىٰ (21) O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi
 | 
| ثُمَّ أَدْبَرَ يَسْعَىٰ (22) Sonra da üz döndərib fəsad törətməyə girişdi
 | 
| فَحَشَرَ فَنَادَىٰ (23) O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək
 | 
| فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ (24) dedi: “Sizin ən uca rəbbiniz mənəm!”
 | 
| فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ (25) Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı
 | 
| إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰ (26) Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var
 | 
| أَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا (27) Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu
 | 
| رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا (28) onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi
 | 
| وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا (29) gecəsini qaranlıq edib, səhərini də nurlandırdı
 | 
| وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا (30) Sonra yeri döşəyib
 | 
| أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا (31) onda su və otlaq yaratdı
 | 
| وَالْجِبَالَ أَرْسَاهَا (32) dağları da yerə bərkitdi
 | 
| مَتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ (33) Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür
 | 
| فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ (34) Ən böyük fəlakətin gəldiyi zaman –
 | 
| يَوْمَ يَتَذَكَّرُ الْإِنسَانُ مَا سَعَىٰ (35) o gün insan törətdiklərini xatırlayacaqdır
 | 
| وَبُرِّزَتِ الْجَحِيمُ لِمَن يَرَىٰ (36) Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir
 | 
| فَأَمَّا مَن طَغَىٰ (37) Kim həddi aşmışsa
 | 
| وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا (38) dünya həyatını axirətdən üstün bilmişsə
 | 
| فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ (39) həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır
 | 
| وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ (40) Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə
 | 
| فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ (41) həqiqətən, Cənnət onun məskəni olacaq
 | 
| يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا (42) Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– deyə soruşurlar
 | 
| فِيمَ أَنتَ مِن ذِكْرَاهَا (43) Axı sən onu haradan biləsən
 | 
| إِلَىٰ رَبِّكَ مُنتَهَاهَا (44) Onu kamil bilmək sənin Rəbbinə aiddir
 | 
| إِنَّمَا أَنتَ مُنذِرُ مَن يَخْشَاهَا (45) Sən yalnız ondan qorxanı xəbərdar edənsən
 | 
| كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا (46) Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər
 |