| وَالسَّمَاءِ وَالطَّارِقِ (1) And olsun səmaya və gecə yolçusuna
 | 
| وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ (2) Sən nə bilirsən ki, gecə yolçusu nədir
 | 
| النَّجْمُ الثَّاقِبُ (3) Bu, qaranlıqları dəlib keçən ulduzdur
 | 
| إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ (4) Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın
 | 
| فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ (5) Qoy insan nədən yaradıldığına bir baxsın
 | 
| خُلِقَ مِن مَّاءٍ دَافِقٍ (6) O, süzülüb tökülən bir mayedən yaradılmışdır
 | 
| يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ (7) Bu maye bel və köks sümükləri arasından çıxır
 | 
| إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ (8) Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir
 | 
| يَوْمَ تُبْلَى السَّرَائِرُ (9) Sirlərin sınaqdan keçiriləcəyi gün
 | 
| فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ (10) onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar
 | 
| وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ (11) And olsun yağmurla qayıdan göyə
 | 
| وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ (12) And olsun növbənöv bitkilərlə yarılan yerə
 | 
| إِنَّهُ لَقَوْلٌ فَصْلٌ (13) Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır
 | 
| وَمَا هُوَ بِالْهَزْلِ (14) O, əyləncə də deyildir
 | 
| إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا (15) Həqiqətən, kafirlər hiylə qururlar
 | 
| وَأَكِيدُ كَيْدًا (16) Mən də hiylə qururam
 | 
| فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا (17) Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver
 |