| سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى (1) Ən Uca Rəbbinin adına təriflər de
 | 
| الَّذِي خَلَقَ فَسَوَّىٰ (2) O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi
 | 
| وَالَّذِي قَدَّرَ فَهَدَىٰ (3) O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi
 | 
| وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ (4) O Rəbbin ki, otlağı cücərtdi
 | 
| فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ (5) sonra da qaralmış samana çevirdi
 | 
| سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ (6) Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq
 | 
| إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ (7) Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır
 | 
| وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ (8) Səni ən asan olana müvəffəq edərik
 | 
| فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ (9) Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat
 | 
| سَيَذَّكَّرُ مَن يَخْشَىٰ (10) Allahdan qorxanlar öyüd-nəsihət götürərlər
 | 
| وَيَتَجَنَّبُهَا الْأَشْقَى (11) Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar
 | 
| الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ (12) O kimsə ki, Cəhənnəmə atılacaq
 | 
| ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ (13) O orada nə öləcək, nə də yaşaya biləcəkdir
 | 
| قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ (14) Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır
 | 
| وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ (15) O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır
 | 
| بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا (16) Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz
 | 
| وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ (17) Axirət isə daha xeyirli və daha sürəklidir
 | 
| إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ (18) Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
 | 
| صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ (19) İbrahimin və Musanın səhifələrində
 |