وَالسَّمَاءِ وَالطَّارِقِ (1) And olsun səmaya və gecə yolçusuna |
وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ (2) Sən nə bilirsən ki, gecə yolçusu nədir |
النَّجْمُ الثَّاقِبُ (3) Bu, qaranlıqları dəlib keçən ulduzdur |
إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ (4) Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın |
فَلْيَنظُرِ الْإِنسَانُ مِمَّ خُلِقَ (5) Qoy insan nədən yaradıldığına bir baxsın |
خُلِقَ مِن مَّاءٍ دَافِقٍ (6) O, süzülüb tökülən bir mayedən yaradılmışdır |
يَخْرُجُ مِن بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ (7) Bu maye bel və köks sümükləri arasından çıxır |
إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ (8) Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir |
يَوْمَ تُبْلَى السَّرَائِرُ (9) Sirlərin sınaqdan keçiriləcəyi gün |
فَمَا لَهُ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ (10) onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar |
وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ (11) And olsun yağmurla qayıdan göyə |
وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ (12) And olsun növbənöv bitkilərlə yarılan yerə |
إِنَّهُ لَقَوْلٌ فَصْلٌ (13) Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır |
وَمَا هُوَ بِالْهَزْلِ (14) O, əyləncə də deyildir |
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا (15) Həqiqətən, kafirlər hiylə qururlar |
وَأَكِيدُ كَيْدًا (16) Mən də hiylə qururam |
فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا (17) Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver |