| سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ (1) İstəyən kimsə baş verəcək əzabı istədi –
 | 
| لِّلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ (2) bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq
 | 
| مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ (3) O, dərəcələr sahibi olan Allahdandır
 | 
| تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ (4) Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar
 | 
| فَاصْبِرْ صَبْرًا جَمِيلًا (5) Sən təmkinlə səbir et
 | 
| إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا (6) Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər
 | 
| وَنَرَاهُ قَرِيبًا (7) Biz isə onun yaxın olduğunu görürük
 | 
| يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ (8) O gün göy əridilmiş metal kimi olacaqdır
 | 
| وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ (9) Dağlar da didilmiş yuna bənzəyəcəklər
 | 
| وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا (10) Dost dostunun halını xəbər almayacaq
 | 
| يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ (11) Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını
 | 
| وَصَاحِبَتِهِ وَأَخِيهِ (12) həyat yoldaşını və qardaşını
 | 
| وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ (13) ona sığınacaq vermiş nəslini
 | 
| وَمَن فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ (14) və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin
 | 
| كَلَّا ۖ إِنَّهَا لَظَىٰ (15) Xeyr! Bu, alovu şölələnən Oddur –
 | 
| نَزَّاعَةً لِّلشَّوَىٰ (16) başın dərisini sıyırıb çıxaran bir od
 | 
| تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ (17) O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni
 | 
| وَجَمَعَ فَأَوْعَىٰ (18) və mal-dövlət yığıb saxlayanı
 | 
| ۞ إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا (19) Həqiqətən, insan kəmhövsələ yaradılmışdır
 | 
| إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا (20) Ona bir pislik toxunduqda özündən çıxır
 | 
| وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا (21) bir xeyir nəsib olduqda isə xəsislik edir
 | 
| إِلَّا الْمُصَلِّينَ (22) Namaz qılanlar istisnadır
 | 
| الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ (23) O kəslər ki, namazlarını həmişə qılırlar
 | 
| وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ (24) O kəslər ki, onların mallarında məlum bir haqq vardır
 | 
| لِّلسَّائِلِ وَالْمَحْرُومِ (25) dilənən və həya edib dilənməyən miskinlər üçün
 | 
| وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ (26) O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər
 | 
| وَالَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ (27) O kəslər ki, Rəbbinin əzabından qorxurlar
 | 
| إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ (28) Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil
 | 
| وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ (29) O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –
 | 
| إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ (30) zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar
 | 
| فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ (31) Bundan artığını istəyənlər isə həddi aşanlardır
 | 
| وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ (32) O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar
 | 
| وَالَّذِينَ هُم بِشَهَادَاتِهِمْ قَائِمُونَ (33) O kəslər ki, şahidliklərində mətindirlər
 | 
| وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ (34) Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar
 | 
| أُولَٰئِكَ فِي جَنَّاتٍ مُّكْرَمُونَ (35) Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır
 | 
| فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ (36) Sənə doğru tələsən kafirlərə nə olub belə –
 | 
| عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ (37) sağdan-soldan dəstələrlə ətrafına yığışırlar
 | 
| أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ (38) Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər
 | 
| كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُم مِّمَّا يَعْلَمُونَ (39) Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik
 | 
| فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ (40) And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –
 | 
| عَلَىٰ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ (41) onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz
 | 
| فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ (42) Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər
 | 
| يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ (43) O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar
 | 
| خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ (44) O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün
 |