سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ (1) İstəyən kimsə baş verəcək əzabı istədi – |
لِّلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ (2) bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq |
مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ (3) O, dərəcələr sahibi olan Allahdandır |
تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ (4) Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar |
فَاصْبِرْ صَبْرًا جَمِيلًا (5) Sən təmkinlə səbir et |
إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا (6) Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər |
وَنَرَاهُ قَرِيبًا (7) Biz isə onun yaxın olduğunu görürük |
يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ (8) O gün göy əridilmiş metal kimi olacaqdır |
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ (9) Dağlar da didilmiş yuna bənzəyəcəklər |
وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا (10) Dost dostunun halını xəbər almayacaq |
يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ (11) Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını |
وَصَاحِبَتِهِ وَأَخِيهِ (12) həyat yoldaşını və qardaşını |
وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ (13) ona sığınacaq vermiş nəslini |
وَمَن فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ (14) və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin |
كَلَّا ۖ إِنَّهَا لَظَىٰ (15) Xeyr! Bu, alovu şölələnən Oddur – |
نَزَّاعَةً لِّلشَّوَىٰ (16) başın dərisini sıyırıb çıxaran bir od |
تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ (17) O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni |
وَجَمَعَ فَأَوْعَىٰ (18) və mal-dövlət yığıb saxlayanı |
۞ إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا (19) Həqiqətən, insan kəmhövsələ yaradılmışdır |
إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا (20) Ona bir pislik toxunduqda özündən çıxır |
وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا (21) bir xeyir nəsib olduqda isə xəsislik edir |
إِلَّا الْمُصَلِّينَ (22) Namaz qılanlar istisnadır |
الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ (23) O kəslər ki, namazlarını həmişə qılırlar |
وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ (24) O kəslər ki, onların mallarında məlum bir haqq vardır |
لِّلسَّائِلِ وَالْمَحْرُومِ (25) dilənən və həya edib dilənməyən miskinlər üçün |
وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ (26) O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər |
وَالَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ (27) O kəslər ki, Rəbbinin əzabından qorxurlar |
إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ (28) Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil |
وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ (29) O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar – |
إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ (30) zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar |
فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ (31) Bundan artığını istəyənlər isə həddi aşanlardır |
وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ (32) O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar |
وَالَّذِينَ هُم بِشَهَادَاتِهِمْ قَائِمُونَ (33) O kəslər ki, şahidliklərində mətindirlər |
وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ (34) Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar |
أُولَٰئِكَ فِي جَنَّاتٍ مُّكْرَمُونَ (35) Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır |
فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ (36) Sənə doğru tələsən kafirlərə nə olub belə – |
عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ (37) sağdan-soldan dəstələrlə ətrafına yığışırlar |
أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ (38) Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər |
كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُم مِّمَّا يَعْلَمُونَ (39) Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik |
فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ (40) And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, – |
عَلَىٰ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ (41) onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz |
فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ (42) Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər |
يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ (43) O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar |
خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ (44) O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün |