Quran with Azerbaijani translation - Surah Al-Baqarah ayat 85 - البَقَرَة - Page - Juz 1
﴿ثُمَّ أَنتُمۡ هَٰٓؤُلَآءِ تَقۡتُلُونَ أَنفُسَكُمۡ وَتُخۡرِجُونَ فَرِيقٗا مِّنكُم مِّن دِيَٰرِهِمۡ تَظَٰهَرُونَ عَلَيۡهِم بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَإِن يَأۡتُوكُمۡ أُسَٰرَىٰ تُفَٰدُوهُمۡ وَهُوَ مُحَرَّمٌ عَلَيۡكُمۡ إِخۡرَاجُهُمۡۚ أَفَتُؤۡمِنُونَ بِبَعۡضِ ٱلۡكِتَٰبِ وَتَكۡفُرُونَ بِبَعۡضٖۚ فَمَا جَزَآءُ مَن يَفۡعَلُ ذَٰلِكَ مِنكُمۡ إِلَّا خِزۡيٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يُرَدُّونَ إِلَىٰٓ أَشَدِّ ٱلۡعَذَابِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴾
[البَقَرَة: 85]
﴿ثم أنتم هؤلاء تقتلون أنفسكم وتخرجون فريقا منكم من ديارهم تظاهرون عليهم﴾ [البَقَرَة: 85]
Alikhan Musayev Siz o kəslərsiniz ki, bir-birinizi oldurursunuz, ozunuzdən olan bir dəstəni oz yurdundan cıxarırsınız, onlara qarsı pislik və dusməncilik etməkdə bir-birinizə komək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından cıxartmaq sizə haram edilmisdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dunya həyatında rusvay olmaq, Qiyamət gunu isə ən siddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir |
Khan Musayev Bu əhddən sonra siz yenə də bir-birinizi oldurur, ozunuzdən olan bir dəstəni oz yurdundan cıxarır, onlara qarsı pislik və dusməncilik etməkdə bir-birinizə komək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından cıxartmaq sizə haram edilmisdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qisminə kufr edirsiniz?! Sizlərdən bunu edənin cəzası dunya həyatında ancaq rusvay olmaq, Qiyamət gunu isə ən siddətli əzaba ducar olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir |
Khan Musayev Bu əhddən sonra siz yenə də bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarır, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qisminə küfr edirsiniz?! Sizlərdən bunu edənin cəzası dünya həyatında ancaq rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba düçar olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir |
Vasim Mammadaliyev And Ziya Bunyadov (Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi oldurur, ozunuzdən olan bir dəstəya (tayfaya) zulm və dusməncilik etmək ucun koməkləsib, onları oz yurdlarından kənar edirsiniz. Onlar (ozunuzdən olanlar basqalarına) əsir dusub yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (oz yurdlarından) cıxartmaq sizə haram edilmisdi. Aya, siz kitabın (Tovratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cur islər gorənlərin cəzası dunyada yalnız rusvay olmaq, qiyamətdə isə ən siddətli əzaba ducar olmaqdır. Allah etdiklərinizin hec birindən qafil deyildir |
Vasim Mammadaliyev And Ziya Bunyadov (Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəya (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir |