Quran with Azerbaijani translation - Surah Al-Baqarah ayat 231 - البَقَرَة - Page - Juz 2
﴿وَإِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَبَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ سَرِّحُوهُنَّ بِمَعۡرُوفٖۚ وَلَا تُمۡسِكُوهُنَّ ضِرَارٗا لِّتَعۡتَدُواْۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ وَلَا تَتَّخِذُوٓاْ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗاۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمَآ أَنزَلَ عَلَيۡكُم مِّنَ ٱلۡكِتَٰبِ وَٱلۡحِكۡمَةِ يَعِظُكُم بِهِۦۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ﴾
[البَقَرَة: 231]
﴿وإذا طلقتم النساء فبلغن أجلهن فأمسكوهن بمعروف أو سرحوهن بمعروف ولا تمسكوهن﴾ [البَقَرَة: 231]
Alikhan Musayev Qadınlarınızı bosadıgınız və onların gozləmə muddəti sona yetisdiyi zaman onları ya səriətə muvafiq qayda uzrə saxlayın, ya da muvafiq qayda uzrə buraxın. Zərər vurmaq və təcavuz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq ozunə zulm etmis olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, oyud-nəsihət vermək ucun nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər seyi bilir |
Khan Musayev Qadınlarınızı bosadıgınız və onların gozləmə muddəti sona yetisdiyi zaman onları ya səriətə muvafiq qayda uzrə saxlayın, ya da muvafiq qayda uzrə buraxın. Zərər vermək ucun haqsızlıq edib onları saxlamayın. Kim bunu etsə, ancaq ozunə zulm etmis olar. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə olan nemətlərini, oyud-nəsihət vermək ucun nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər seyi bilir |
Khan Musayev Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vermək üçün haqsızlıq edib onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini məsxərəyə qoymayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir |
Vasim Mammadaliyev And Ziya Bunyadov Qadınlarınızı (ric’i talaqla) bosadıgınız və onların gozləmə muddəti basa catdıgı zaman onları ya xosluqla saxlayın, ya da xosluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavuz edib onları saxlamayın! Hər kəs bunu etsə, subhəsiz ki, ozunə zulm etmis olar. Allahın ayələri (hokmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi ne’mətləri, oyud-nəsihət ucun gondərdiyi Kitabı (Qur’anı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər seyi bildiyini anlayın |
Vasim Mammadaliyev And Ziya Bunyadov Qadınlarınızı (ric’i talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi ne’mətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Qur’anı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın |