Quran with Azerbaijani translation - Surah al-‘Imran ayat 119 - آل عِمران - Page - Juz 4
﴿هَٰٓأَنتُمۡ أُوْلَآءِ تُحِبُّونَهُمۡ وَلَا يُحِبُّونَكُمۡ وَتُؤۡمِنُونَ بِٱلۡكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمۡ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ عَضُّواْ عَلَيۡكُمُ ٱلۡأَنَامِلَ مِنَ ٱلۡغَيۡظِۚ قُلۡ مُوتُواْ بِغَيۡظِكُمۡۗ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ﴾
[آل عِمران: 119]
﴿ها أنتم أولاء تحبونهم ولا يحبونكم وتؤمنون بالكتاب كله وإذا لقوكم قالوا﴾ [آل عِمران: 119]
Alikhan Musayev Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlasanda: “Biz iman gətirdik!”– deyirlər, təklikdə qalanda isə sizə qarsı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən olun!” Subhəsiz ki, Allah kokslərdə olanları bilir |
Khan Musayev Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz. Siz nazil olmus kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlasanda: “Biz də, iman gətirdik!”– deyir, təklikdə qalanda isə sizə qarsı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. De: “Qəzəbinizdən olun!” Subhəsiz ki, Allah kokslərdə olanları bilir |
Khan Musayev Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz. Siz nazil olmuş kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz də, iman gətirdik!”– deyir, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir |
Vasim Mammadaliyev And Ziya Bunyadov Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (butun ilahi kitablara) inanırsınız. Onlar sizinlə gorusdukləri zaman: “Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarsı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acıgınızdan olun!” Əlbəttə, Allah urəklərdə olanları biləndir |
Vasim Mammadaliyev And Ziya Bunyadov Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir |