×

Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, 5:3 Azerbaijani translation

Quran infoAzerbaijaniSurah Al-Ma’idah ⮕ (5:3) ayat 3 in Azerbaijani

5:3 Surah Al-Ma’idah ayat 3 in Azerbaijani (الأذربيجانية)

Quran with Azerbaijani translation - Surah Al-Ma’idah ayat 3 - المَائدة - Page - Juz 6

﴿حُرِّمَتۡ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةُ وَٱلدَّمُ وَلَحۡمُ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦ وَٱلۡمُنۡخَنِقَةُ وَٱلۡمَوۡقُوذَةُ وَٱلۡمُتَرَدِّيَةُ وَٱلنَّطِيحَةُ وَمَآ أَكَلَ ٱلسَّبُعُ إِلَّا مَا ذَكَّيۡتُمۡ وَمَا ذُبِحَ عَلَى ٱلنُّصُبِ وَأَن تَسۡتَقۡسِمُواْ بِٱلۡأَزۡلَٰمِۚ ذَٰلِكُمۡ فِسۡقٌۗ ٱلۡيَوۡمَ يَئِسَ ٱلَّذِينَ كَفَرُواْ مِن دِينِكُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِۚ ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ فَمَنِ ٱضۡطُرَّ فِي مَخۡمَصَةٍ غَيۡرَ مُتَجَانِفٖ لِّإِثۡمٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴾
[المَائدة: 3]

Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər sizi dininizdən döndərməkdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah Bağışlayandır, Rəhmlidir

❮ Previous Next ❯

ترجمة: حرمت عليكم الميتة والدم ولحم الخنـزير وما أهل لغير الله به والمنخنقة, باللغة الأذربيجانية

﴿حرمت عليكم الميتة والدم ولحم الخنـزير وما أهل لغير الله به والمنخنقة﴾ [المَائدة: 3]

Alikhan Musayev
Les, qan, donuz əti, Allahdan basqasının adı ilə kəsilmis, bogulmus, doyulub oldurulmus, hundur bir yerdən yıxılıb gəbərmis, buynuzlanıb oldurulmus, yırtıcı heyvan tərəfindən parcalanıb yeyilmis, – olməmis kəsdikləriniz istisnadır, – dik qoyulmus daslar (butlər və s.) uzərində kəsilmis heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar gunahdır. Bu gun kafirlər sizi dininizdən dondərməkdən əllərini uzdulər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gun dininizi sizin ucun kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin ucun Islamı bəyənib secdim. Hər kəs gunaha meyl etməyərək aclıq uzundən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah Bagıslayandır, Rəhmlidir
Khan Musayev
Les, qan, donuz əti, Allah­dan bas­qa­sının adı ilə kəsil­mis, bo­gul­mus, agac, das və s. bu kimi seylərlə vurulub oldurul­mus, hun­dur bir yerdən yı­xı­lıb gə­bər­­mis, buy­nuzlanıb ol­­mus, yır­tıcı hey­van tə­rə­fin­dən parcala­nıb ye­yil­mis – ol­mə­mis kəsdikləriniz is­tisnadır – dik qoyulmus daslar (but­­lər) uzə­rində kəsilmis hey­van­lar və fal ox­ları ilə qismət ax­tar­manız sizə haram edildi. Bun­lar gu­nah­dır. Bu gun kafir­lər di­­ninizdən (onu yox etməkdən) umidlərini kəsdi­lər. Elə isə on­lar­dan qorx­ma­yın, Mən­dən qorxun. Bu gun dininizi sizin ucun ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və sizin ucun din olaraq Islamı bəyəndim. Kim aclıq uzundən carəsiz qa­lar­sa, gu­naha meyl et­mə­yə­rək, haram edilmis ətlərdən yeyə bilər. Cun­ki Allah ba­gısla­yandır, rəhmlidir
Khan Musayev
Leş, qan, donuz əti, Allah­dan baş­qa­sının adı ilə kəsil­miş, bo­ğul­muş, ağac, daş və s. bu kimi şeylərlə vurulub öldürül­müş, hün­dür bir yerdən yı­xı­lıb gə­bər­­miş, buy­nuzlanıb öl­­müş, yır­tıcı hey­van tə­rə­fin­dən parçala­nıb ye­yil­miş – öl­mə­miş kəsdikləriniz is­tisnadır – dik qoyulmuş daşlar (büt­­lər) üzə­rində kəsilmiş hey­van­lar və fal ox­ları ilə qismət ax­tar­manız sizə haram edildi. Bun­lar gü­nah­dır. Bu gün kafir­lər di­­ninizdən (onu yox etməkdən) ümidlərini kəsdi­lər. Elə isə on­lar­dan qorx­ma­yın, Mən­dən qorxun. Bu gün dininizi sizin üçün ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qa­lar­sa, gü­naha meyl et­mə­yə­rək, haram edilmiş ətlərdən yeyə bilər. Çün­ki Allah ba­ğışla­yandır, rəhmlidir
Vasim Mammadaliyev And Ziya Bunyadov
Olu (kəsilmədən olub murdar olmus) heyvan, qan, donuz əti, Allahdan basqasının adı ilə (bismillah deyilmədən) kəsilmis, bogulmus, (kut alət və ya silahla) vurulmus, (bir yerdən) yıxılaraq olmus, (basqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmis, vəhsi heyvanlar tərəfindən parcalanıb yeyilmis - canı cıxmamıs kəsdiyiniz heyvanlar mustəsnadır - dikinə qoyulmus daslar (butlər və ya Kə’bənin ətrafındakı butpərəst qurbangahlar) uzərində kəsilmis heyvanlar və fal oxları ilə pay bolmək sizə haram edildi. Bunlar gunahdır. Bu gun kafirlər dininizdən (onu məhv edə bilmədikləri ucun) əllərini uzdulər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gun dininizi sizin ucun kamil etdim, sizə olan ne’mətimi (Məkkənin fəthi, islamın movqeyinin mohkəmlənməsi, Cahiliyyət dovrunun bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin ucun din olaraq islamı bəyənib secdim. Kim aclıq uzundən nacar qalarsa (cətinliyə dusərsə), gunaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını odəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bagıslayandır, rəhm edəndir
Vasim Mammadaliyev And Ziya Bunyadov
Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kə’bənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek