Quran with Azerbaijani translation - Surah FaTir ayat 37 - فَاطِر - Page - Juz 22
﴿وَهُمۡ يَصۡطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخۡرِجۡنَا نَعۡمَلۡ صَٰلِحًا غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ أَوَلَمۡ نُعَمِّرۡكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُۖ فَذُوقُواْ فَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ ﴾
[فَاطِر: 37]
﴿وهم يصطرخون فيها ربنا أخرجنا نعمل صالحا غير الذي كنا نعمل أو﴾ [فَاطِر: 37]
Alikhan Musayev Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan cıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxsı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə dusunəcək kimsənin dusunə biləcəyi qədər uzun omur vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmisdi. Elə isə dadın əzabı! Zalımlara komək edən olmaz” |
Khan Musayev Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan cıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxsı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə dusunəcək kimsənin dusunə biləcəyi qədər uzun omur vermədikmi? Sizə qorxudub xəbərdar edən Peygəmbər də gəlmisdi. Elə isə dadın əzabı! Zalımlara komək edən olmaz” |
Khan Musayev Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən Peyğəmbər də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz” |
Vasim Mammadaliyev And Ziya Bunyadov Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan cıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dunyada) edirik!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə oyud-nəsihət qəbul edəcək kimsənin oyud-nəsihət qəbul edə biləcəyi (dusunəcək kimsənin dusunəcəyi) qədər omur vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peygəmbər də gəlmisdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına catan olmaz!” |
Vasim Mammadaliyev And Ziya Bunyadov Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” |