Quran with Azerbaijani translation - Surah An-Nisa’ ayat 43 - النِّسَاء - Page - Juz 5
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡرَبُواْ ٱلصَّلَوٰةَ وَأَنتُمۡ سُكَٰرَىٰ حَتَّىٰ تَعۡلَمُواْ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغۡتَسِلُواْۚ وَإِن كُنتُم مَّرۡضَىٰٓ أَوۡ عَلَىٰ سَفَرٍ أَوۡ جَآءَ أَحَدٞ مِّنكُم مِّنَ ٱلۡغَآئِطِ أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ فَلَمۡ تَجِدُواْ مَآءٗ فَتَيَمَّمُواْ صَعِيدٗا طَيِّبٗا فَٱمۡسَحُواْ بِوُجُوهِكُمۡ وَأَيۡدِيكُمۡۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا ﴾
[النِّسَاء: 43]
﴿ياأيها الذين آمنوا لا تقربوا الصلاة وأنتم سكارى حتى تعلموا ما تقولون﴾ [النِّسَاء: 43]
Alikhan Musayev Ey iman gətirənlər! Sərxos ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz oldugunuz halda, – yolda olan musafirlər istisna olmaqla – qusl edənədək namaza yaxınlasmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmum edin, uzunuzə və əllərinizə surtun! Həqiqətən, Allah əfv edəndir, Bagıslayandır |
Khan Musayev Ey iman gətirənlər! Sərxos ikən nə dediyinizi anlayana qədər, eləcə də, cunub oldugunuz halda, – yolda olan musafirlər istisna olmaqla – qusl edənədək namaza yaxınlasmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmissinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmum edin, uzunuzə və əllərinizə surtun! Həqiqətən, Allah əfv edəndir, bagıslayandır |
Khan Musayev Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, eləcə də, cunub olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmişsinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır |
Vasim Mammadaliyev And Ziya Bunyadov Ey iman gətirənlər! Sərxos ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) oldugunuz zaman - yol otən musafirlər mustəsnadır - qusl edənədək namaza (namaz qılınan yerə) yaxınlasmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmus (yaxınlıq etmis) olduqda (qusl və dəstəmaz ucun) su tapmadıgınız zaman pak bir torpaqla təyəmmum edin, (ovuclarınızı) uzunuzə və əllərinizə surtun! Subhəsiz ki, Allah əfv edəndir, bagıslayandır |
Vasim Mammadaliyev And Ziya Bunyadov Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır |