Quran with Azerbaijani translation - Surah Al-Fath ayat 26 - الفَتح - Page - Juz 26
﴿إِذۡ جَعَلَ ٱلَّذِينَ كَفَرُواْ فِي قُلُوبِهِمُ ٱلۡحَمِيَّةَ حَمِيَّةَ ٱلۡجَٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَلۡزَمَهُمۡ كَلِمَةَ ٱلتَّقۡوَىٰ وَكَانُوٓاْ أَحَقَّ بِهَا وَأَهۡلَهَاۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا ﴾
[الفَتح: 26]
﴿إذ جعل الذين كفروا في قلوبهم الحمية حمية الجاهلية فأنـزل الله سكينته﴾ [الفَتح: 26]
Alikhan Musayev Kafirlər oz qəlbində təkəbburluyə – cahilik lovgalıgına qapıldıqları zaman Allah Oz Elcisinə və mominlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sozunu vacib buyurdu. Onların buna daha cox haqqı var idi və ona layiq idilər. Allah hər seyi bilir |
Khan Musayev Kafirlər oz qəlbində təkəbburluyə – cahillik lovgalıgına qapıldıqları zaman Allah Oz Elcisinə və mominlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sozunu vacib buyurdu. Onların buna daha cox haqqı var idi və ona layiq idilər. Allah hər seyi bilir |
Khan Musayev Kafirlər öz qəlbində təkəbbürlüyə – cahillik lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir |
Vasim Mammadaliyev And Ziya Bunyadov Kafirlər oz urəklərində Cahiliyyət təkəbburu təəssubunə qapıldıqları (Hudeybiyyə sazisinə “bismillahir-rəhmanir-rəhim”, “Muhəmmədun rəsulullah” sozlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah Peygəmbərinə və mo’minlərə oz dərgahından arxayınlıq (qəlb rahatlıgı, mə’nəvi mohkəmlik) gondərmis və onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah” sozunu) xas etmisdi. Onların bu sozə (Məkkə musriklərindən) daha cox haqqı var idi və ona layiq idilər. Allah hər seyi biləndir |
Vasim Mammadaliyev And Ziya Bunyadov Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə sazişinə “bismillahir-rəhmanir-rəhim”, “Muhəmmədun rəsulullah” sözlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə və mö’minlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mə’nəvi möhkəmlik) göndərmiş və onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah” sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir |