| الرَّحْمَٰنُ (1) Mərhəmətli Allah
 | 
| عَلَّمَ الْقُرْآنَ (2) Quranı öyrətdi
 | 
| خَلَقَ الْإِنسَانَ (3) İnsanı yaratdı
 | 
| عَلَّمَهُ الْبَيَانَ (4) ona danışmağı öyrətdi
 | 
| الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ (5) Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir
 | 
| وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ (6) Otlar da, ağaclar da səcdə edir
 | 
| وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ (7) Allah göyü ucaltdı və tərəzini qoydu ki
 | 
| أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ (8) çəkidə həddi aşmayasınız
 | 
| وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ (9) Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin
 | 
| وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ (10) O, yeri məxluqat üçün döşədi
 | 
| فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ (11) Orada meyvələr və salxımlı xurma ağacları vardır
 | 
| وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ (12) Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (13) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| خَلَقَ الْإِنسَانَ مِن صَلْصَالٍ كَالْفَخَّارِ (14) O, insanı saxsı kimi quru gildən yaratdı
 | 
| وَخَلَقَ الْجَانَّ مِن مَّارِجٍ مِّن نَّارٍ (15) cinləri də təmiz oddan yaratdı
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (16) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ (17) Allah iki məşriqin və iki məğribin Rəbbidir
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (18) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ (19) O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu
 | 
| بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ (20) Onların arasında maneə vardır, onu keçə bilməzlər
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (21) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ (22) Onlardan mirvari və mərcan çıxır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (23) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| وَلَهُ الْجَوَارِ الْمُنشَآتُ فِي الْبَحْرِ كَالْأَعْلَامِ (24) Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (25) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| كُلُّ مَنْ عَلَيْهَا فَانٍ (26) Yer üzündə olan hər kəs ölümə məhkumdur
 | 
| وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ (27) Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (28) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| يَسْأَلُهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ (29) Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (30) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| سَنَفْرُغُ لَكُمْ أَيُّهَ الثَّقَلَانِ (31) Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (32) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانفُذُوا ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَانٍ (33) Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (34) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ (35) Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (36) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| فَإِذَا انشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ (37) Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (38) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| فَيَوْمَئِذٍ لَّا يُسْأَلُ عَن ذَنبِهِ إِنسٌ وَلَا جَانٌّ (39) O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (40) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ (41) Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (42) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| هَٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ (43) Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm
 | 
| يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ (44) Onlar onunla qaynar su arasında dolanacaqlar
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (45) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ (46) Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (47) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| ذَوَاتَا أَفْنَانٍ (48) İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (49) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ (50) İkisində də iki axar bulaq vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (51) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| فِيهِمَا مِن كُلِّ فَاكِهَةٍ زَوْجَانِ (52) İkisində də hər meyvədən qoşa-qoşa vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (53) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ (54) Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (55) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ (56) Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (57) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ (58) Onlar sanki yaqut və mərcandırlar
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (59) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ (60) Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (61) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| وَمِن دُونِهِمَا جَنَّتَانِ (62) Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (63) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| مُدْهَامَّتَانِ (64) Hər ikisi tünd yaşıldır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (65) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ (66) İkisində də fəvvarə vuran iki bulaq vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (67) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ (68) İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (69) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ (70) Orada xoş xasiyyətli, gözəl qızlar vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (71) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| حُورٌ مَّقْصُورَاتٌ فِي الْخِيَامِ (72) Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (73) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ (74) Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (75) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| مُتَّكِئِينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ (76) Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər
 | 
| فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ (77) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız
 | 
| تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ وَالْإِكْرَامِ (78) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir
 |