Quran with Azerbaijani translation - Surah Al-Baqarah ayat 187 - البَقَرَة - Page - Juz 2
﴿أُحِلَّ لَكُمۡ لَيۡلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمۡۚ هُنَّ لِبَاسٞ لَّكُمۡ وَأَنتُمۡ لِبَاسٞ لَّهُنَّۗ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ كُنتُمۡ تَخۡتَانُونَ أَنفُسَكُمۡ فَتَابَ عَلَيۡكُمۡ وَعَفَا عَنكُمۡۖ فَٱلۡـَٰٔنَ بَٰشِرُوهُنَّ وَٱبۡتَغُواْ مَا كَتَبَ ٱللَّهُ لَكُمۡۚ وَكُلُواْ وَٱشۡرَبُواْ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلۡخَيۡطُ ٱلۡأَبۡيَضُ مِنَ ٱلۡخَيۡطِ ٱلۡأَسۡوَدِ مِنَ ٱلۡفَجۡرِۖ ثُمَّ أَتِمُّواْ ٱلصِّيَامَ إِلَى ٱلَّيۡلِۚ وَلَا تُبَٰشِرُوهُنَّ وَأَنتُمۡ عَٰكِفُونَ فِي ٱلۡمَسَٰجِدِۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَقۡرَبُوهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَّقُونَ ﴾
[البَقَرَة: 187]
﴿أحل لكم ليلة الصيام الرفث إلى نسائكم هن لباس لكم وأنتم لباس﴾ [البَقَرَة: 187]
Alikhan Musayev Orucluq gecəsi zovcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin ucun bir libas, siz də onlar ucun bir libassınız. Allah bilir ki, siz ozunuzə xəyanət edirsiniz (orucluq gecələrində zovcələrinizlə yaxınlıq edirsiniz). Elə buna gorə də O, tovbənizi qəbul edib sizi bagısladı. Artıq bu gundən onlara yaxınlasın və Allahın sizin ucun əzəldən muəyyən etdiyinə nail olmaga calısın. Dan yeri sokuləndə ag sap (səfəq) qara sapdan (gecənin qaranlıgından) secilənə qədər yeyin-icin. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda oldugunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoydugu hududlardır, onlara yaxınlasmayın! Allah Oz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar |
Khan Musayev Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin ucun bir libas, siz də, onlar ucun bir libassınız. Allah sizin oruc gecələrində qadınlarınızla yaxınlıq etməklə ozunuzə xəyanət etdiyinizi bildi və tovbənizi qəbul edib sizi bagısladı. Artıq onlara yaxınlasın və Allahın sizin ucun əzəldən muəyyən etdiyini istəyin. Dan yeri sokuləndə, ag sapın qara sapdan secildiyi sizə aydın olanadək yeyin-icin. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda oldugunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoydugu hududlardır, onlara yaxınlasmayın! Allah Oz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar |
Khan Musayev Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin oruc gecələrində qadınlarınızla yaxınlıq etməklə özünüzə xəyanət etdiyinizi bildi və tövbənizi qəbul edib sizi bağışladı. Artıq onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyini istəyin. Dan yeri söküləndə, ağ sapın qara sapdan seçildiyi sizə aydın olanadək yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlardır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar |
Vasim Mammadaliyev And Ziya Bunyadov Oruc gecəsi qadınlarınıza yaxınlasmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin ozunuzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarsı zəiflik gostərəcəyinizi) bilib tovbələrinizi qəbul edərək sizi bagısladı; artıq siz onlara yaxınlasın, Allahın sizə halal etdiyini onlardan istəyin; subh acılınca, ag sap qara sapdan fərqlənincəyə qədər yeyib icin; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (e’tikafda) oldugunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hokmlər) Allahın hədləridir, bunları asmayın! Allah (insanlara) hokmlərini bu cur bildirir ki, bəlkə, muttəqi olsunlar |
Vasim Mammadaliyev And Ziya Bunyadov Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (e’tikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar |