Quran with Azerbaijani translation - Surah Al-Anbiya’ ayat 30 - الأنبيَاء - Page - Juz 17
﴿أَوَلَمۡ يَرَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ كَانَتَا رَتۡقٗا فَفَتَقۡنَٰهُمَاۖ وَجَعَلۡنَا مِنَ ٱلۡمَآءِ كُلَّ شَيۡءٍ حَيٍّۚ أَفَلَا يُؤۡمِنُونَ ﴾
[الأنبيَاء: 30]
﴿أو لم ير الذين كفروا أن السموات والأرض كانتا رتقا ففتقناهما وجعلنا﴾ [الأنبيَاء: 30]
Alikhan Musayev Məgər kafirlər goylərlə yer bir oldugu zaman Bizim onları bir-birindən araladıgımızı, hər bir canlını sudan yaratdıgımızı gormurlərmi? Yenədəmi inanmırlar |
Khan Musayev Məgər kafirlər goylərlə yer bir oldugu zaman Bizim onları bir-birindən araladıgımızı, hər bir canlını sudan yaratdıgımızı gormurlərmi? Yenədəmi inanmırlar |
Khan Musayev Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar |
Vasim Mammadaliyev And Ziya Bunyadov Məgər kafir olanlar goylə yer bitisik ikən Bizim onları ayırdıgımızı, hər bir canlını sudan yaratdıgımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Goylər ilk yaradılısda bir-birinə bitisik bir təbəqə oldugu halda, onların arası hava ilə acılıb yeddi təbəqəyə ayrılmıs, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bolunmusdur. Bu, Allahın qudrətini, əzəmətini subut edən ən tutarlı dəlillərdəndir) |
Vasim Mammadaliyev And Ziya Bunyadov Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir) |