Quran with Azerbaijani translation - Surah An-Nur ayat 33 - النور - Page - Juz 18
﴿وَلۡيَسۡتَعۡفِفِ ٱلَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغۡنِيَهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَٱلَّذِينَ يَبۡتَغُونَ ٱلۡكِتَٰبَ مِمَّا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡ فَكَاتِبُوهُمۡ إِنۡ عَلِمۡتُمۡ فِيهِمۡ خَيۡرٗاۖ وَءَاتُوهُم مِّن مَّالِ ٱللَّهِ ٱلَّذِيٓ ءَاتَىٰكُمۡۚ وَلَا تُكۡرِهُواْ فَتَيَٰتِكُمۡ عَلَى ٱلۡبِغَآءِ إِنۡ أَرَدۡنَ تَحَصُّنٗا لِّتَبۡتَغُواْ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَن يُكۡرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعۡدِ إِكۡرَٰهِهِنَّ غَفُورٞ رَّحِيمٞ ﴾
[النور: 33]
﴿وليستعفف الذين لا يجدون نكاحا حتى يغنيهم الله من فضله والذين يبتغون﴾ [النور: 33]
Alikhan Musayev Qoy evlənməyə imkanı olmayanlar, Allah Oz lutfu ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib oldugunuz kolələrdən ozunun azad olmasına dair sizdən yazılı məktub istəyənlərə, – əgər onlarda bir xeyir gorursunuzsə – istədikləri məktubu yazıb verin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dunya malı əldə edəcəksiniz deyə onları zinakarlıga məcbur etməyin. Kim onları bu isə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra Allah onları bagıslayar və rəhm edər |
Khan Musayev Qoy evlənməyə imkanı olmayanlar, Allah Oz lutfu ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib oldugunuz kolələrdən ozunun azad olmasına dair sizdən yazılı məktub istəyənlərə, – əgər onlarda bir xeyir gorursunuzsə – istədikləri məktubu yazıb verin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dunya malı əldə edəcəksiniz deyə onları zinakarlıga məcbur etməyin. Kim onları bu isə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra Allah onları bagıslayar və onlara rəhm edər |
Khan Musayev Qoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən özünün azad olmasına dair sizdən yazılı məktub istəyənlərə, – əgər onlarda bir xeyir görürsünüzsə – istədikləri məktubu yazıb verin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları bu işə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra Allah onları bağışlayar və onlara rəhm edər |
Vasim Mammadaliyev And Ziya Bunyadov Evlənməyə quvvəsi catmayanlar (maddi imkanı olmayanlar) Allah oz lutfu ilə onlara dovlət verənə qədər iffətlərini qoruyub (ozlərini zinadan) saxlasınlar. Kolələrinizdən mukatəbə etmək (əvvəlcədən baglanılmıs yazılı muqaviləyə əsasən muəyyən məbləg pul qazanıb agasına vemək sərtilə koləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir (muqavilədəki sərtlərin yerinə yetirilməsi ucun qudrət) gorursunuzsə - mukatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan onlara o qədər verin ki, ozlərini satın alıb azad edə bilsinlər). Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dunya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlıga) məcbur edərsə, (bilsin ki) onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlıga vadar olanları) bagıslayar, rəhm edər. (Zinakarlıga vadar edilən cariyələrin gunahı onlar bu islə oz xosuna deyil, zor gucunə məsgul olduqları ucun həmin cariyələrin ozlərinə deyil, onları pul qazanmaq məqsədilə zinakarlıga sovq edən agalarının boynuna dusər) |
Vasim Mammadaliyev And Ziya Bunyadov Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar. Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan onlara o qədər verin ki, özlərini satın alıb azad edə bilsinlər). Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlığa) məcbur edərsə, (bilsin ki) onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlığa vadar olanları) bağışlayar, rəhm edər. (Zinakarlığa vadar edilən cariyələrin günahı onlar bu işlə öz xoşuna deyil, zor gücünə məşğul olduqları üçün həmin cariyələrin özlərinə deyil, onları pul qazanmaq məqsədilə zinakarlığa sövq edən ağalarının boynuna düşər) |