Quran with Azerbaijani translation - Surah An-Nisa’ ayat 171 - النِّسَاء - Page - Juz 6
﴿يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ وَلَا تَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ إِنَّمَا ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلۡقَىٰهَآ إِلَىٰ مَرۡيَمَ وَرُوحٞ مِّنۡهُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۖ وَلَا تَقُولُواْ ثَلَٰثَةٌۚ ٱنتَهُواْ خَيۡرٗا لَّكُمۡۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٞ وَٰحِدٞۖ سُبۡحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٞۘ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ﴾
[النِّسَاء: 171]
﴿ياأهل الكتاب لا تغلوا في دينكم ولا تقولوا على الله إلا الحق﴾ [النِّسَاء: 171]
Alikhan Musayev Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oglu Isa Məsih ancaq Allahın elcisi, Onun Məryəmə gondərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən gondərilən bir ruhdur. Allaha və Onun elcilərinə iman gətirin və: “Tanrı ucdur!” deməyin. Batil əqidənizə son qoyun! Bu sizin ucun xeyirli olar. Həqiqətən, Allah Tək Ilahdır! O, pakdır, muqəddəsdir, ovladı olmaqdan uzaqdır. Goylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər |
Khan Musayev Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində həqiqətdən basqa bir sey soyləməyin. Məryəm oglu Isa Məsih ancaq Allahın elcisi, Onun Məryəmə gondərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən gondərilən bir ruhdur. Allaha və Onun elcilərinə iman gətirin və: “Tanrı ucdur!” deməyin. Batil əqidənizə son qoyun! Bu sizin ucun xeyirli olar. Həqiqətən, Allah Tək Ilahdır! O, pakdır, muqəddəsdir, ovladı olmaqdan uzaqdır. Goylərdə və yerdə nə varsa, Ona məxsusdur. Vəkil olaraq Allah yetər |
Khan Musayev Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində həqiqətdən başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: “Tanrı üçdür!” deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Vəkil olaraq Allah yetər |
Vasim Mammadaliyev And Ziya Bunyadov Ey kitab əhli! Oz dininizdə həddi asmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oglu Isa əl-Məsih ancaq Allahın peygəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə catdırdıgı bir soz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peygəmbərlərinə iman gətirin. (Allah barəsində) “ucdur” deməyin. (Belə sozlərə) son qoyun ki, (bu) sizin ucun daha yaxsı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Ovladı olmaqdan (bu bəsəri xususiyyətdən) kənardır. Goylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər |
Vasim Mammadaliyev And Ziya Bunyadov Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər |