Quran with Azerbaijani translation - Surah An-Nisa’ ayat 3 - النِّسَاء - Page - Juz 4
﴿وَإِنۡ خِفۡتُمۡ أَلَّا تُقۡسِطُواْ فِي ٱلۡيَتَٰمَىٰ فَٱنكِحُواْ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا تَعۡدِلُواْ فَوَٰحِدَةً أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۚ ذَٰلِكَ أَدۡنَىٰٓ أَلَّا تَعُولُواْ ﴾
[النِّسَاء: 3]
﴿وإن خفتم ألا تقسطوا في اليتامى فانكحوا ما طاب لكم من النساء﴾ [النِّسَاء: 3]
Alikhan Musayev Yetim qızlara qarsı ədalətli olmayacagınızdan qorxursunuzsa, onda xosunuza gələn halal qadınlardan ikisi, ucu və dordu ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacagınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib oldugunuz cariyələrlə kifayətlənin. Bu, haqsızdıq etməməyə daha yaxındır |
Khan Musayev Əgər himayənizdə olan yetim qızlarla evlənəyəcəyiniz təqdirdə ədalətlə davranmayacagınızdan qorxsanız, onda xosunuza gələn sizə halal olan basqa qadınlardan ikisi, ucu və dordu ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacagınızdan qorxarsınızsa, onda onlardan biri ilə evlənin və ya sahib oldugunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyiniz ucun ən uygun olanıdır |
Khan Musayev Əgər himayənizdə olan yetim qızlarla evlənəyəcəyiniz təqdirdə ədalətlə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn sizə halal olan başqa qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxarsınızsa, onda onlardan biri ilə evlənin və ya sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyiniz üçün ən uyğun olanıdır |
Vasim Mammadaliyev And Ziya Bunyadov Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) basqa qadınlardan iki, uc və dord nəfərlə nikah baglayın! Əgər (onlarla da) ədalətlə dolanmaga əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib oldugunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmaga (ədalətdən kənara cıxmamaga) daha yaxındır |
Vasim Mammadaliyev And Ziya Bunyadov Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır |