Quran with Azerbaijani translation - Surah An-Nisa’ ayat 95 - النِّسَاء - Page - Juz 5
﴿لَّا يَسۡتَوِي ٱلۡقَٰعِدُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ غَيۡرُ أُوْلِي ٱلضَّرَرِ وَٱلۡمُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۚ فَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ عَلَى ٱلۡقَٰعِدِينَ دَرَجَةٗۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَفَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ عَلَى ٱلۡقَٰعِدِينَ أَجۡرًا عَظِيمٗا ﴾
[النِّسَاء: 95]
﴿لا يستوي القاعدون من المؤمنين غير أولي الضرر والمجاهدون في سبيل الله﴾ [النِّسَاء: 95]
Alikhan Musayev Mominlərdən – uzurlulər istisna olmaqla – evdə oturanlarla Allah yolunda oz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah oz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə ustun etdi. Allah onların hamısına ən gozəl nemət vəd etmisdir. Allah mucahidləri evdə oturanlardan boyuk bir mukafatla ustun etmisdir |
Khan Musayev Mominlərdən, – uzrlu olanlar mustəsna olmaqla, – evdə oturanlarla Allah yolunda oz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah oz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə ustun etmisdir. Allah onların hamısına ən gozəl olanı (Cənnəti) vəd etmisdir. Allah mucahidləri evdə oturanlardan boyuk bir mukafatla ustun etmisdir |
Khan Musayev Möminlərdən, – üzrlü olanlar müstəsna olmaqla, – evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etmişdir. Allah onların hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir |
Vasim Mammadaliyev And Ziya Bunyadov Zərər cəkmədən (uzursuz səbəbə gorə evlərində) əyləsən mo’minlərlə Allah yolunda oz malları və canları ilə cihad edən (vurusan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vurusanları (evlərində) əyləsənlərdən (cihada getməyənlərdən) dərəcə e’tibarilə ustun tutdu. Allah bunların hamısına (hər ikisinə savab) və’d etmisdir. (Lakin) Allah mucahidlərə (evlərində) oturanlardan daha boyuk mukafatlarla imtiyaz vermisdir |
Vasim Mammadaliyev And Ziya Bunyadov Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən mö’minlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə e’tibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) və’d etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir |