×

Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin 4:94 Azerbaijani translation

Quran infoAzerbaijaniSurah An-Nisa’ ⮕ (4:94) ayat 94 in Azerbaijani

4:94 Surah An-Nisa’ ayat 94 in Azerbaijani (الأذربيجانية)

Quran with Azerbaijani translation - Surah An-Nisa’ ayat 94 - النِّسَاء - Page - Juz 5

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا ضَرَبۡتُمۡ فِي سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُواْ وَلَا تَقُولُواْ لِمَنۡ أَلۡقَىٰٓ إِلَيۡكُمُ ٱلسَّلَٰمَ لَسۡتَ مُؤۡمِنٗا تَبۡتَغُونَ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٞۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبۡلُ فَمَنَّ ٱللَّهُ عَلَيۡكُمۡ فَتَبَيَّنُوٓاْۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ﴾
[النِّسَاء: 94]

Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır

❮ Previous Next ❯

ترجمة: ياأيها الذين آمنوا إذا ضربتم في سبيل الله فتبينوا ولا تقولوا لمن, باللغة الأذربيجانية

﴿ياأيها الذين آمنوا إذا ضربتم في سبيل الله فتبينوا ولا تقولوا لمن﴾ [النِّسَاء: 94]

Alikhan Musayev
Ey iman gətirənlər! Allah yolunda doyusə cıxdıgınız zaman kiminlə vurusacagınızı yəqin edin və sizə salam verən səxsə, dunya həyatının fani mənfəətinə can ataraq: “Sən momin deyilsən!”– deməyin. Allah yanında cox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət gostərdi. Odur ki, kiminlə vurusacagınızı yəqin edin! Subhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır
Khan Musayev
Ey iman gətirənlər! Allah yolun­da cihada cıxdıgınız za­man kimə qarsı vu­rusacagınızı muəyyən edin və sizə salam verən səxsə, dunya həyatının fani mən­­fə­əti­nə can ataraq: “Sən momin de­yil­sən!”– de­mə­yin. Allah yanın­da cox qə­nimətlər vardır. Əvvəl­lər siz də belə idi­­niz, Allah sizə mərhəmət gos­tərdi. Elə isə kimə qarsı vu­rusacagınızı muəyyən edin! Sub­həsiz ki, Allah nə etdikləri­niz­dən xə­bər­dardır
Khan Musayev
Ey iman gətirənlər! Allah yolun­da cihada çıxdığınız za­man kimə qarşı vu­ruşacağınızı müəyyən edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən­­fə­əti­nə can ataraq: “Sən mömin de­yil­sən!”– de­mə­yin. Allah yanın­da çox qə­nimətlər vardır. Əvvəl­lər siz də belə idi­­niz, Allah sizə mərhəmət gös­tərdi. Elə isə kimə qarşı vu­ruşacağınızı müəyyən edin! Şüb­həsiz ki, Allah nə etdikləri­niz­dən xə­bər­dardır
Vasim Mammadaliyev And Ziya Bunyadov
Ey iman gətirənlər! Allah yolunda (cihad etmək ucun) səfərə cıxdıgınız zaman diqqətli olun! Sizə musəlman oldugunu bildirən (salam verən) bir kimsəyə dunya həyatının puc mənfəətinə tamahsılanaraq: “Sən mo’min deyilsən!” deməyin! Halbuki cox qənimətlər Allah yanındadır. Siz ozunuz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Subhəsiz ki, Allah butun etdiklərinizdən xəbərdardır
Vasim Mammadaliyev And Ziya Bunyadov
Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: “Sən mö’min deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır
❮ Previous Next ❯

Verse in more languages

Transliteration Bangla Bosnian German English Persian French Hindi Indonesian Kazakh Dutch Russian Spanish Turkish Urdu Uzbek