Quran with Azerbaijani translation - Surah Al-Ma’idah ayat 32 - المَائدة - Page - Juz 6
﴿مِنۡ أَجۡلِ ذَٰلِكَ كَتَبۡنَا عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفۡسَۢا بِغَيۡرِ نَفۡسٍ أَوۡ فَسَادٖ فِي ٱلۡأَرۡضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعٗا وَمَنۡ أَحۡيَاهَا فَكَأَنَّمَآ أَحۡيَا ٱلنَّاسَ جَمِيعٗاۚ وَلَقَدۡ جَآءَتۡهُمۡ رُسُلُنَا بِٱلۡبَيِّنَٰتِ ثُمَّ إِنَّ كَثِيرٗا مِّنۡهُم بَعۡدَ ذَٰلِكَ فِي ٱلۡأَرۡضِ لَمُسۡرِفُونَ ﴾
[المَائدة: 32]
﴿من أجل ذلك كتبنا على بني إسرائيل أنه من قتل نفسا بغير﴾ [المَائدة: 32]
Alikhan Musayev Buna gorə də Israil ogullarına yazıb buyurduq ki, kim bir adamı oldurməyən və ya yer uzundə fəsad torətməyən bir səxsi oldurərsə, sanki butun insanları oldurmusdur. Kim də onu olumdən xilas edərsə, sanki butun insanları xilas etmis hesab olunar. Elcilərimiz onlara aydın dəlillər gətirdilər. Onların coxu isə bundan sonra da yer uzundə həddi asdılar |
Khan Musayev Buna gorə də Israil ogullarına yazıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer uzundə fəsad torətməyən bir səxsi oldurərsə, butun insanları oldurmus kimi olar. Kim də onu olumdən xilas edərsə, sanki butun insanları xilas etmis kimi olar. Peygəmbərlərimiz onlara aydın dəlillər gətirmisdilər. Amma bundan sonra da onların coxu yer uzundə həddi asdılar |
Khan Musayev Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş kimi olar. Peyğəmbərlərimiz onlara aydın dəlillər gətirmişdilər. Amma bundan sonra da onların çoxu yer üzündə həddi aşdılar |
Vasim Mammadaliyev And Ziya Bunyadov Buna gorə də Israil ogullarına (Tovratda) yazıb hokm etdik ki, hər kəs bir kimsəni oldurməmis (bununla da ozundən qisas alınmaga yer qoymamıs) və yer uzundə fitnə-fəsad torətməmis bir səxsi oldursə, o, butun insanları oldurmus kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (olumdən qurtarsa), o, butun insanları diriltmis kimi olur. Bizim peygəmbərlərimiz onlara (Israil ogullarına) acıq mo’cuzələr gətirmisdilər. Bundan (bu mo’cuzələrdən) sonra da onların bir coxu yer uzundə (kufr, qətl və cinayət etməklə) həddi asdılar |
Vasim Mammadaliyev And Ziya Bunyadov Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq mö’cüzələr gətirmişdilər. Bundan (bu mö’cüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar |