Quran with Azerbaijani translation - Surah Al-Ma’idah ayat 44 - المَائدة - Page - Juz 6
﴿إِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدٗى وَنُورٞۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ بِمَا ٱسۡتُحۡفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيۡهِ شُهَدَآءَۚ فَلَا تَخۡشَوُاْ ٱلنَّاسَ وَٱخۡشَوۡنِ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗاۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ ﴾
[المَائدة: 44]
﴿إنا أنـزلنا التوراة فيها هدى ونور يحكم بها النبيون الذين أسلموا للذين﴾ [المَائدة: 44]
Alikhan Musayev Subhəsiz ki, Tovratı Biz nazil etmisik. Onda hidayət və nur vardır. Allaha təslim olan peygəmbərlər yəhudilər ucun bununla, din xadimləri və bas kesislər isə Allahın Kitabından qorunub saxlanılanlarla hokm verirdilər. Onlar hamısı buna sahid oldular. Insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hokm verməyənlər – məhz onlar kafirlərdir |
Khan Musayev Subhəsiz ki, Biz, icində hidayət və nur olan Tovratı nazil etdik. Ozlərini Allaha təslim edən peygəmbərlər bununla yəhudilər arasında hokm edərdilər. Din xadimləri və elm adamları isə Allahın kitabından qorunub saxlanılanlarla hokm verərdilər. Onlar buna sahiddirlər. Elə isə insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hokm verməyənlər – məhz onlar kafirdirlər |
Khan Musayev Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı nazil etdik. Özlərini Allaha təslim edən peyğəmbərlər bununla yəhudilər arasında hökm edərdilər. Din xadimləri və elm adamları isə Allahın kitabından qorunub saxlanılanlarla hökm verərdilər. Onlar buna şahiddirlər. Elə isə insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər |
Vasim Mammadaliyev And Ziya Bunyadov Subhəsiz ki, Tovratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peygəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tovratdan ələ gəlib catan ayələrlə) hokm edərdilər. Onlar (peygəmbərlər, din alimləri və fəqihlər) ona (Tovratın ilahi bir kitab olmasını) sahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) Insanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və səriət) ilə hokm etməyənlər, əlbəttə, kafirdirlər |
Vasim Mammadaliyev And Ziya Bunyadov Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər |