Quran with Azerbaijani translation - Surah Al-A‘raf ayat 54 - الأعرَاف - Page - Juz 8
﴿إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَ يَطۡلُبُهُۥ حَثِيثٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتِۭ بِأَمۡرِهِۦٓۗ أَلَا لَهُ ٱلۡخَلۡقُ وَٱلۡأَمۡرُۗ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ﴾
[الأعرَاف: 54]
﴿إن ربكم الله الذي خلق السموات والأرض في ستة أيام ثم استوى﴾ [الأعرَاف: 54]
Alikhan Musayev Dogrudan da, Rəbbiniz goyləri və yeri altı gundə yaradan, sonra da Ərsə ucalan Allahdır. O, gunduzu surətlə təqib edən gecə ilə ortub buruyur. Gunəsi, ayı və ulduzları Oz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır |
Khan Musayev Dogrudan da, Rəbbiniz goyləri və yeri altı gundə yaradan, sonra da Ərsə ucalan Allahdır. O, gunduzu surətlə təqib edən gecə ilə ortub buruyur. Gunəsi, ayı və ulduzları Oz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır |
Khan Musayev Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır |
Vasim Mammadaliyev And Ziya Bunyadov Həqiqətən, Rəbbiniz goyləri və yeri altı gundə xəlq edən, sonra ərsi (və onun əhatə etdiyi hər seyi) yaradıb hokmu altına alan, (bir-birini) sur’ətlə tə’qib edən gunduzu gecə ilə (gecəni də gunduzlə) ortub buruyən, gunəsi, ayı və ulduzları əmrinə boyun əymis halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər boyukdur) |
Vasim Mammadaliyev And Ziya Bunyadov Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sür’ətlə tə’qib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür) |