Quran with Azerbaijani translation - Surah Hud ayat 78 - هُود - Page - Juz 12
﴿وَجَآءَهُۥ قَوۡمُهُۥ يُهۡرَعُونَ إِلَيۡهِ وَمِن قَبۡلُ كَانُواْ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِۚ قَالَ يَٰقَوۡمِ هَٰٓؤُلَآءِ بَنَاتِي هُنَّ أَطۡهَرُ لَكُمۡۖ فَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ فِي ضَيۡفِيٓۖ أَلَيۡسَ مِنكُمۡ رَجُلٞ رَّشِيدٞ ﴾
[هُود: 78]
﴿وجاءه قومه يهرعون إليه ومن قبل كانوا يعملون السيئات قال ياقوم هؤلاء﴾ [هُود: 78]
Alikhan Musayev Qovmu yuyurərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz islər gorurdulər. O dedi: “Ey qovmum! Bunlar mənim qızlarımdır. Onlar sizin ucun daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rusvay etməyin! Məgər aranızda agıllı bir kisi yoxdur?” |
Khan Musayev Qovmu yuyurərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz islər gorurdulər. O dedi: “Ey qovmum! Bunlar mənim qızlarımdır. Onlar sizin ucun daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rusvay etməyin! Məgər aranızda agıllı bir kisi yoxdur?” |
Khan Musayev Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?” |
Vasim Mammadaliyev And Ziya Bunyadov Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri gorməzdən) əvvəl də pis islər gorurdulər. (Lut onlara) dedi: “Ey qovmum! Bunlar (balalarım və ya ummətimin qadınları) mənim qızlarımdır (onlardan səriətə muvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin ucun daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rusvay etməyin. Məgər aranızda (sizə yaxsı islər gorməyi əmr edən, pis isləri yasaq edən) aglı basında bir adam yoxdur?” |
Vasim Mammadaliyev And Ziya Bunyadov Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında bir adam yoxdur?” |