Quran with Azerbaijani translation - Surah Maryam ayat 64 - مَريَم - Page - Juz 16
﴿وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمۡرِ رَبِّكَۖ لَهُۥ مَا بَيۡنَ أَيۡدِينَا وَمَا خَلۡفَنَا وَمَا بَيۡنَ ذَٰلِكَۚ وَمَا كَانَ رَبُّكَ نَسِيّٗا ﴾
[مَريَم: 64]
﴿وما نتنـزل إلا بأمر ربك له ما بين أيدينا وما خلفنا وما﴾ [مَريَم: 64]
Alikhan Musayev Mələklər dedi: “Biz dunyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Onumuzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir” |
Khan Musayev Mələklər dedi: “Biz dunyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Onumuzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir” |
Khan Musayev Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir” |
Vasim Mammadaliyev And Ziya Bunyadov (Cəbrailin bir muddət yanına gəlməməsindən xiffət cəkən Peygəmbərə Allaha yaxın olan bu əzəmətli mələk belə demisdi:) “Biz (dunyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. Onumuzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. (Kecmisə, indiyə və gələcəyə aid islər, dunya yaranandan qiyamət gununə qədər bas verəcək hər bir sey məhz Allahın iradəsinə tabedir). Rəbbin (Oz bəndələrini) unudan deyildir”. (Cəbrail Qur’anı Muhəmməd peygəmbərə oyrətməyə təhkim olunsa da, Allahın əmri olmadan yerə enib hec bir ayə gətirə bilməz. Onun yer uzunə nə vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyurugu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq xususiyyəti yaddır. O, hec zaman bəndələrini unutmaz. Istədiyin bu və ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən basqa hec kəsin bilmədiyi muəyyən bir hikməti-ilahi ilə baglıdır. Ona gorə də belə seydən otru urəyini qısma) |
Vasim Mammadaliyev And Ziya Bunyadov (Cəbrailin bir müddət yanına gəlməməsindən xiffət çəkən Peyğəmbərə Allaha yaxın olan bu əzəmətli mələk belə demişdi:) “Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. (Keçmişə, indiyə və gələcəyə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (Öz bəndələrini) unudan deyildir”. (Cəbrail Qur’anı Muhəmməd peyğəmbərə öyrətməyə təhkim olunsa da, Allahın əmri olmadan yerə enib heç bir ayə gətirə bilməz. Onun yer üzünə nə vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu və ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə də belə şeydən ötrü ürəyini qısma) |