Quran with Azerbaijani translation - Surah Al-Baqarah ayat 124 - البَقَرَة - Page - Juz 1
﴿۞ وَإِذِ ٱبۡتَلَىٰٓ إِبۡرَٰهِـۧمَ رَبُّهُۥ بِكَلِمَٰتٖ فَأَتَمَّهُنَّۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامٗاۖ قَالَ وَمِن ذُرِّيَّتِيۖ قَالَ لَا يَنَالُ عَهۡدِي ٱلظَّٰلِمِينَ ﴾
[البَقَرَة: 124]
﴿وإذ ابتلى إبراهيم ربه بكلمات فأتمهن قال إني جاعلك للناس إماما قال﴾ [البَقَرَة: 124]
Alikhan Musayev Rəbbi Ibrahimi bəzi kəlmələrlə sınadıgı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!”– dedi. Ibrahim: “Nəslimdən də (imam et)!”– dedi. Allah: “Zalımlar Mənim onlarla əhd baglamagıma nail olmazlar!”– dedi |
Khan Musayev Rəbbi Ibrahimi bəzi kəlmələrlə sınaga cəkdiyi zaman o, bunları tamamilə yerinə yetirdi. Allah buyurdu: “Mən səni insanlara imam edəcəyəm!” Ibrahim dedi: “Nəslimdən də, imam et!” Allah buyurdu: “Mənim əhdim zalımlara yetisməz!” |
Khan Musayev Rəbbi İbrahimi bəzi kəlmələrlə sınağa çəkdiyi zaman o, bunları tamamilə yerinə yetirdi. Allah buyurdu: “Mən səni insanlara imam edəcəyəm!” İbrahim dedi: “Nəslimdən də, imam et!” Allah buyurdu: “Mənim əhdim zalımlara yetişməz!” |
Vasim Mammadaliyev And Ziya Bunyadov (Ya Rəsulum!) Yadına sal ki, Ibrahimi oz Rəbbi bir necə sozlə (bə’zi əmrləri ilə) imtahana cəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər, bascı) tə’yin edəcəyəm”, -dedi. (Ibrahim isə:) “Nəslimdən necə?” – deyə sorusdu. (Allah onun cavabında:) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlıgıma) nail olmazlar”, -buyurdu |
Vasim Mammadaliyev And Ziya Bunyadov (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bə’zi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər, başçı) tə’yin edəcəyəm”, -dedi. (İbrahim isə:) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında:) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu |