Quran with Azerbaijani translation - Surah Al-Baqarah ayat 143 - البَقَرَة - Page - Juz 2
﴿وَكَذَٰلِكَ جَعَلۡنَٰكُمۡ أُمَّةٗ وَسَطٗا لِّتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيۡكُمۡ شَهِيدٗاۗ وَمَا جَعَلۡنَا ٱلۡقِبۡلَةَ ٱلَّتِي كُنتَ عَلَيۡهَآ إِلَّا لِنَعۡلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيۡهِۚ وَإِن كَانَتۡ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَٰنَكُمۡۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ ﴾
[البَقَرَة: 143]
﴿وكذلك جعلناكم أمة وسطا لتكونوا شهداء على الناس ويكون الرسول عليكم شهيدا﴾ [البَقَرَة: 143]
Alikhan Musayev Beləliklə Biz sizi orta bir ummət etdik ki, siz insanlara sahid olasınız, peygəmbər də sizə sahid olsun. Biz, əvvəl uz tutdugun qibləni ancaq ona gorə təyin etdik ki, peygəmbərin ardınca gedənləri uz dondərənlərdən fərqləndirək. Bu, Allahın dogru yola yonəltdiyi səxslərdən basqa hamısına agır gəldi. Allah sizin imanınızı puc etməz. Həqiqətən də, Allah insanlara qarsı Səfqətlidir, Rəhmlidir |
Khan Musayev Beləliklə, siz insanlara sahid olasınız, peygəmbər də, sizə sahid olsun deyə Biz sizi orta bir ummət etdik. Biz, sənin əvvəl uz tutdugun qibləni ancaq ona gorə təyin etdik ki, Allah rəsulunun ardınca gedənləri uz dondərənlərdən fərqləndirə bilək. Bu, Allahın dogru yola yonəltdiyi kimsələrdən basqa hamıya agır gəldi. Allah sizin imanınızı puc etməz. Həqiqətən də, Allah insanlara qarsı cox səfqətlidir, rəhmlidir |
Khan Musayev Beləliklə, siz insanlara şahid olasınız, peyğəmbər də, sizə şahid olsun deyə Biz sizi orta bir ümmət etdik. Biz, sənin əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, Allah rəsulunun ardınca gedənləri üz döndərənlərdən fərqləndirə bilək. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqa hamıya ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı çox şəfqətlidir, rəhmlidir |
Vasim Mammadaliyev And Ziya Bunyadov (Ey musəlmanlar!) Beləliklə də, sizi (ədalətli və secilmis) bir ummət etdik ki, insanların əməllərinə (qiyamətdə) sahid olasınız, Peygəmbər də (Muhəmməd əleyhisəllam da) sizə sahid olsun. (Ya Rəsulum!) Indi yonəldiyin qibləni (Kə’bəni) yalnız Peygəmbərə tabe olanlarla ondan uz cevirənləri bir-birindən ayırd etmək ucun (qiblə) tə’yin etdik. Bu, (qibləni Beytulmuqəddəsdən Kə’bəyə tərəf cevirmək) agır gorunsə də, ancaq Allahın dogru yola yonəltdiyi səxslər ucun agır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytulmuqəddəsə uz tutaraq qıldıgınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarsı, əlbəttə, mehribandır, mərhəmətlidir |
Vasim Mammadaliyev And Ziya Bunyadov (Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kə’bəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) tə’yin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kə’bəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir |