Quran with Azerbaijani translation - Surah Al-Baqarah ayat 259 - البَقَرَة - Page - Juz 3
﴿أَوۡ كَٱلَّذِي مَرَّ عَلَىٰ قَرۡيَةٖ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحۡيِۦ هَٰذِهِ ٱللَّهُ بَعۡدَ مَوۡتِهَاۖ فَأَمَاتَهُ ٱللَّهُ مِاْئَةَ عَامٖ ثُمَّ بَعَثَهُۥۖ قَالَ كَمۡ لَبِثۡتَۖ قَالَ لَبِثۡتُ يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۖ قَالَ بَل لَّبِثۡتَ مِاْئَةَ عَامٖ فَٱنظُرۡ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمۡ يَتَسَنَّهۡۖ وَٱنظُرۡ إِلَىٰ حِمَارِكَ وَلِنَجۡعَلَكَ ءَايَةٗ لِّلنَّاسِۖ وَٱنظُرۡ إِلَى ٱلۡعِظَامِ كَيۡفَ نُنشِزُهَا ثُمَّ نَكۡسُوهَا لَحۡمٗاۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعۡلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ﴾
[البَقَرَة: 259]
﴿أو كالذي مر على قرية وهي خاوية على عروشها قال أنى يحيي﴾ [البَقَرَة: 259]
Alikhan Musayev Və ya damları uculub xarabalıga cevrilmis bir kəndin yanından kecən kimsənin hekayətini bilmirsənmi? O demisdi: “Allah bu kəndi olumundən sonra necə dirildəcək?” Allah onu oldurub yuz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gun yaxud bir gundən də az qaldım!” Allah dedi: “Əksinə, sən yuz il qaldın. Oz yeməyinə və icdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulagına da bax! Biz səni insanlar ucun bir dəlil etdik. Sumuklərə bax, gor Biz onları necə bir-birinə birləsdirir, sonra da onların ustunu ətlə orturuk”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər seyə qadirdir!”– dedi |
Khan Musayev Və ya damları uculub xarabalıga cevrilmis bir kəndin yanından kecən kimsəni gormədinmi? O demisdi: “Gorəsən, Allah bu kəndi olumundən sonra necə dirildəcək?” Allah onu oldurub yuz il saxladı, sonra dirildib: “Nə qədər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gun və ya bir gundən də az!” Allah buyurdu: “Xeyr, sən yuz il qaldın. Yediyinə və icdiyinə bax, hələ də xarab olmayıb. Uzunqulagına da bax! Səni belə etdik ki, insanlar ucun bir dəlil olasan. Sumuklərə bax, gor Biz onları necə bir-birinə birləsdirir, sonra da, onların ustunu ətlə orturuk.” Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər seyə qadirdir!”– dedi |
Khan Musayev Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsəni görmədinmi? O demişdi: “Görəsən, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra dirildib: “Nə qədər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və içdiyinə bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Səni belə etdik ki, insanlar üçün bir dəlil olasan. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da, onların üstünü ətlə örtürük.” Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi |
Vasim Mammadaliyev And Ziya Bunyadov Yaxud (Ya Rəsulum! Damları cokmus, divarları) uculmus bir kəndin yanından kecən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi olumundən sonra necə dirildəcək?” – demisdi. Belə olduqda, Allah onu yuz il olu halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə sorusdu. O da: “Bir gun, bəlkə, bir gundən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yuz il yatmısan, yediyin yeməyə, icdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulagına bax! Səni insanlar ucun bir ibrət dərsi olmaqdan otru belə etdik. Indi (uzunqulagının) sumuklərinə bax, gor necə onları bir-biri ilə birləsdirir, sonra da onların uzərini ətlə orturuk?” – deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər seyə qadirdir!” – dedi |
Vasim Mammadaliyev And Ziya Bunyadov Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının) sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” – deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” – dedi |