Quran with Azerbaijani translation - Surah Al-Ahzab ayat 10 - الأحزَاب - Page - Juz 21
﴿إِذۡ جَآءُوكُم مِّن فَوۡقِكُمۡ وَمِنۡ أَسۡفَلَ مِنكُمۡ وَإِذۡ زَاغَتِ ٱلۡأَبۡصَٰرُ وَبَلَغَتِ ٱلۡقُلُوبُ ٱلۡحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠ ﴾
[الأحزَاب: 10]
﴿إذ جاءوكم من فوقكم ومن أسفل منكم وإذ زاغت الأبصار وبلغت القلوب﴾ [الأحزَاب: 10]
Alikhan Musayev O zaman onlar sizin həm yuxarı və həm də asagı tərəfinizdən ustunuzə gəlmisdilər. O vaxt qorxudan gozlər bərəlmis, urəklər xirtdəyə catmıs və siz də Allah barəsində zənnə-gumana qapılmısdınız |
Khan Musayev O zaman onlar sizin həm yuxarı, həm də asagı tərəfinizdən ustunuzə gəlmisdilər. O vaxt qorxudan gozlər bərəlmis, urəklər xirtdəyə catmıs və siz də Allah barəsində zənnə qapılmısdınız |
Khan Musayev O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə qapılmışdınız |
Vasim Mammadaliyev And Ziya Bunyadov O zaman onlar ustunuzə həm yuxarı, həm də asagı tərəfdən (vadinin ust və alt tərəfindən) hucum etmis və (qorxudan) gozunuz hədəqəsindən cıxıb urəyiniz agzınıza gəlmisdi. Allah barəsində də muxtəlif fikirlərə dusmusdunuz. (Mo’minlər Allahın Oz və’dinə dogru olduguna inanır, munafiqlər isə e’tiqadı zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini guman edirdilər) |
Vasim Mammadaliyev And Ziya Bunyadov O zaman onlar üstünüzə həm yuxarı, həm də aşağı tərəfdən (vadinin üst və alt tərəfindən) hücum etmiş və (qorxudan) gözünüz hədəqəsindən çıxıb ürəyiniz ağzınıza gəlmişdi. Allah barəsində də müxtəlif fikirlərə düşmüşdünüz. (Mö’minlər Allahın Öz və’dinə doğru olduğuna inanır, münafiqlər isə e’tiqadı zəif olanlar isə Muhəmməd əleyhissəlamın bu bəladan xilas ola bilməyəcəyini güman edirdilər) |