Quran with Azerbaijani translation - Surah An-Nur ayat 54 - النور - Page - Juz 18
﴿قُلۡ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَۖ فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡهِ مَا حُمِّلَ وَعَلَيۡكُم مَّا حُمِّلۡتُمۡۖ وَإِن تُطِيعُوهُ تَهۡتَدُواْۚ وَمَا عَلَى ٱلرَّسُولِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ﴾
[النور: 54]
﴿قل أطيعوا الله وأطيعوا الرسول فإن تولوا فإنما عليه ما حمل وعليكم﴾ [النور: 54]
Alikhan Musayev De: “Allaha və Peygəmbərə itaət edin”. Əgər uz cevirsəniz, bilin ki, o ancaq ozunə həvalə edilənə cavabdehdir, siz də ancaq ozunuzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, dogru yola yonəlmis olarsınız. Peygəmbərin ohdəsinə dusən isə ancaq acıq-askar təbligat aparmaqdır |
Khan Musayev De: “Allaha və Peygəmbərə itaət edin”. Əgər uz cevirsəniz, bilin ki, o, ancaq ozunə həvalə edilənə cavabdehdir, siz də ancaq ozunuzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, dogru yola yonəlmis olarsınız. Peygəmbərin ohdəsinə dusən isə ancaq acıq-askar təblig etməkdir |
Khan Musayev De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, o, ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğ etməkdir |
Vasim Mammadaliyev And Ziya Bunyadov De: “Allaha itaət edin, Peygəmbərə itaət edin. (Cunki Peygəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peygəmbərin əmrindən) uz dondərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapsırılanı, sizin də vəzifəniz ancaq sizə tapsırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, dogru yolu tapmıs olarsınız. Peygəmbərin ohdəsinə dusən isə yalnız (dini, Allahın hokmlərini, risalətini) acıq-askar təblig etməkdir |
Vasim Mammadaliyev And Ziya Bunyadov De: “Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir |