Quran with Azerbaijani translation - Surah Al-Ahqaf ayat 8 - الأحقَاف - Page - Juz 26
﴿أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ إِنِ ٱفۡتَرَيۡتُهُۥ فَلَا تَمۡلِكُونَ لِي مِنَ ٱللَّهِ شَيۡـًٔاۖ هُوَ أَعۡلَمُ بِمَا تُفِيضُونَ فِيهِۚ كَفَىٰ بِهِۦ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۖ وَهُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ﴾
[الأحقَاف: 8]
﴿أم يقولون افتراه قل إن افتريته فلا تملكون لي من الله شيئا﴾ [الأحقَاف: 8]
Alikhan Musayev Yaxud: “Bunu ozundən uydurmusdur!” – deyirlər. De: “Əgər mən onu uydurmusamsa, siz məni Allahdan gələn hec bir cəzadan xilas edə bilməzsiniz. O sizin Quran haqqındakı soz-sohbətlərinizi daha yaxsı bilir. Mənimlə sizin aranızda sahid kimi Allah yetər. O, Bagıslayandır, Rəhmlidir” |
Khan Musayev Yaxud: “O bunu ozundən uydurmusdur!” – deyirlər. De: “Əgər mən onu uydurmusamsa, siz məni Allahdan gələn hec bir cəzadan xilas edə bilməzsiniz. O sizin Quran haqqındakı soz-sohbətlərinizi daha yaxsı bilir. Mənimlə sizin aranızda sahid kimi Allah yetər. O, Bagıslayandır, Rəhmlidir” |
Khan Musayev Yaxud: “O bunu özündən uydurmuşdur!” – deyirlər. De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bilməzsiniz. O sizin Quran haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid kimi Allah yetər. O, Bağışlayandır, Rəhmlidir” |
Vasim Mammadaliyev And Ziya Bunyadov Yoxsa onlar: “(Muhəmməd) onu (ozundən) uydurmusdur!” – deyirlər. (Ya Peygəmbər!) De: “Əgər mən onu (ozumdən) uydurmusamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur’an) barəsindəki dedi-qodularınızı daha yaxsı bilir. Mənimlə sizin aranızda Onun sahid olması kifayətdir. O, bagıslayandır, rəhm edəndir!” |
Vasim Mammadaliyev And Ziya Bunyadov Yoxsa onlar: “(Muhəmməd) onu (özündən) uydurmuşdur!” – deyirlər. (Ya Peyğəmbər!) De: “Əgər mən onu (özümdən) uydurmuşamsa, siz məni Allahdan (Allahın əzabından) qurtara bilməzsiniz. O sizin (Qur’an) barəsindəki dedi-qodularınızı daha yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. O, bağışlayandır, rəhm edəndir!” |