Quran with Azerbaijani translation - Surah Al-Ma’idah ayat 95 - المَائدة - Page - Juz 7
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡتُلُواْ ٱلصَّيۡدَ وَأَنتُمۡ حُرُمٞۚ وَمَن قَتَلَهُۥ مِنكُم مُّتَعَمِّدٗا فَجَزَآءٞ مِّثۡلُ مَا قَتَلَ مِنَ ٱلنَّعَمِ يَحۡكُمُ بِهِۦ ذَوَا عَدۡلٖ مِّنكُمۡ هَدۡيَۢا بَٰلِغَ ٱلۡكَعۡبَةِ أَوۡ كَفَّٰرَةٞ طَعَامُ مَسَٰكِينَ أَوۡ عَدۡلُ ذَٰلِكَ صِيَامٗا لِّيَذُوقَ وَبَالَ أَمۡرِهِۦۗ عَفَا ٱللَّهُ عَمَّا سَلَفَۚ وَمَنۡ عَادَ فَيَنتَقِمُ ٱللَّهُ مِنۡهُۚ وَٱللَّهُ عَزِيزٞ ذُو ٱنتِقَامٍ ﴾
[المَائدة: 95]
﴿ياأيها الذين آمنوا لا تقتلوا الصيد وأنتم حرم ومن قتله منكم متعمدا﴾ [المَائدة: 95]
Alikhan Musayev Ey iman gətirənlər! Ihramda ikən ovu oldurməyin. Sizlərdən kim onu qəsdən oldurərsə, kəffarəsi oldurduyunə bənzər bir qurbanlıq heyvanı əvəz odəməkdir. Buna sizlərdən iki ədalətli kisi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə catdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, oz isinin zərərini dadsın. Allah olub-kecənləri bagıslamısdır. Hər kim yenə bu gunaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qudrətlidir, intiqam almaga qadirdir |
Khan Musayev Ey iman gətirənlər! Ihramda ikən ovu oldurməyin. Sizlərdən kim onu qəsdən oldurərsə, kəffarəsi oldurduyunun mislində bir qurbanlıq heyvanı əvəz odəməkdir. Buna sizlərdən iki ədalətli kisi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə catdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, oz isinin zərərini dadsın. Allah olub-kecənləri bagıslamısdır. Hər kim yenə bu gunaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qudrətlidir, intiqam almaga qadirdir |
Khan Musayev Ey iman gətirənlər! İhramda ikən ovu öldürməyin. Sizlərdən kim onu qəsdən öldürərsə, kəffarəsi öldürdüyünün mislində bir qurbanlıq heyvanı əvəz ödəməkdir. Buna sizlərdən iki ədalətli kişi qərar verməli, sonra da həmin qurbanlıq heyvan Kəbəyə çatdırılmalıdır. Yaxud kəffarə olaraq kasıbları yedirtməli, yaxud da buna bərabər oruc tutmalıdır ki, öz işinin zərərini dadsın. Allah olub-keçənləri bağışlamışdır. Hər kim yenə bu günaha qayıtsa, Allah ondan intiqam alar. Allah Qüdrətlidir, intiqam almağa qadirdir |
Vasim Mammadaliyev And Ziya Bunyadov Ey iman gətirənlər! Ihramda olarkən ovu (əti yeyilən heyvanları) oldurməyin. Sizdən ovu qəsdən oldurən hər bir kəsin boynuna cəza və ya kəffarə dusur. Onun cəzası icərinizdən olan iki ədələtli səxsin hokmu ilə oldurduyunə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kə’bəyə catası (Kə’bənin yaxınlıgında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gorduyu isin zərərini, acısını dadsın deyə, (oldurduyu heyvanın dəyəri muqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi ucun bir gun olmaq sərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır. Allah kecmisdə olanları bagıslamısdır. Hər kəs bundan sonra belə bir is gorsə, Allah ondan intiqam alar. Allah yenilməz quvvət sahibi, intiqam sahibidir |
Vasim Mammadaliyev And Ziya Bunyadov Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kə’bəyə çatası (Kə’bənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir |