Quran with Azerbaijani translation - Surah Ash-Shura ayat 45 - الشُّوري - Page - Juz 25
﴿وَتَرَىٰهُمۡ يُعۡرَضُونَ عَلَيۡهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرۡفٍ خَفِيّٖۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ ٱلظَّٰلِمِينَ فِي عَذَابٖ مُّقِيمٖ ﴾
[الشُّوري: 45]
﴿وتراهم يعرضون عليها خاشعين من الذل ينظرون من طرف خفي وقال الذين﴾ [الشُّوري: 45]
Alikhan Musayev Cəhənnəm qarsısına gətirildikləri zaman sən onların zəlillikdən baslarını asagı salıb gozucu gizlin-gizlin baxdıqlarını gorəcəksən. Mominlər deyəcəklər: “Subhəsiz ki, ziyana ugrayanlar Qiyamət gunu ozlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab icində olacaqlar |
Khan Musayev Cəhənnəm qarsısına gətirildikləri zaman sən onların zəlillikdən baslarını asagı salıb gozucu gizlin-gizlin baxdıqlarını gorəcəksən. Mominlər deyəcəklər: “Subhəsiz ki, ziyana ugrayanlar Qiyamət gunu ozlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab icində olacaqlar |
Khan Musayev Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar |
Vasim Mammadaliyev And Ziya Bunyadov Ona (cəhənnəm atəsinə) gətirilib gostərildikləri zaman sən onların zillətdən boyunlarını bukub (dəhsətdən gozlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını gorəcəksən. Iman gətirənlər deyəcəklər: “Həqiqətən, (əsl) ziyan cəkənlər qiyamət gunu ozlərini və ailələrini (ozlərinə baglı olanları) ziyana ugradanlardır!” Bilin ki, zalımlar (kafirlər) daimi əzab icində olacaqlar |
Vasim Mammadaliyev And Ziya Bunyadov Ona (cəhənnəm atəşinə) gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb (dəhşətdən gözlərinin ucu ilə) gizlin-gizlin (oda) baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Həqiqətən, (əsl) ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır!” Bilin ki, zalımlar (kafirlər) daimi əzab içində olacaqlar |