Quran with Azerbaijani translation - Surah Al-Baqarah ayat 93 - البَقَرَة - Page - Juz 1
﴿وَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ وَرَفَعۡنَا فَوۡقَكُمُ ٱلطُّورَ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱسۡمَعُواْۖ قَالُواْ سَمِعۡنَا وَعَصَيۡنَا وَأُشۡرِبُواْ فِي قُلُوبِهِمُ ٱلۡعِجۡلَ بِكُفۡرِهِمۡۚ قُلۡ بِئۡسَمَا يَأۡمُرُكُم بِهِۦٓ إِيمَٰنُكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ ﴾
[البَقَرَة: 93]
﴿وإذ أخذنا ميثاقكم ورفعنا فوقكم الطور خذوا ما آتيناكم بقوة واسمعوا قالوا﴾ [البَقَرَة: 93]
Alikhan Musayev O zaman Biz sizinlə əhd baglayıb dagı basınızın ustunə qaldırdıq: “Sizə verdiyimizdən mohkəm yapısın və esidin!”– deyə əmr etdik. Onlar: “Esitdik və asi olduq!”– dedilər. Kufrlərinə gorə buzova olan məhəbbət onların qəlblərinə yeridildi. De: “Əgər siz mominsinizsə, imanınızın sizə əmr etdiyi sey necə də pisdir!” |
Khan Musayev Bir zaman sizdən əhd-peyman aldıq, Tur dagını basınız ustunə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən mohkəm yapısın və esidin!” Kufrlərinə gorə buzova olan məhəbbət onların qəlblərinə yeridilmisdi deyə, onlar: “Esitdik və asi olduq!”– dedilər. De: “Əgər siz mominsinizsə, imanınızın sizə əmr etdiyi sey necə də pisdir!” |
Khan Musayev Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!” Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridilmişdi deyə, onlar: “Eşitdik və asi olduq!”– dedilər. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!” |
Vasim Mammadaliyev And Ziya Bunyadov Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dagını basınızın ustunə qaldırmıs və: “Sizə verdiyimizdən (Tovratdan) mohkəm yapısın, (oradakı hokmləri) esidin!” (demisdik). Onlar (sizin ata-babalarınız) isə: “Esitdik və (o hokmlərə) qarsı cıxdıq (əməl etmədik)!” – dedilər. Cunki kufrləri uzundən buzovun məhəbbəti qəlblərini burumusdu. (Ya Rəsulum!) Onlara de: “Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!” |
Vasim Mammadaliyev And Ziya Bunyadov Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış və: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) eşidin!” (demişdik). Onlar (sizin ata-babalarınız) isə: “Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl etmədik)!” – dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Ya Rəsulum!) Onlara de: “Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!” |