| حم (1) Ha. Mim
 | 
| وَالْكِتَابِ الْمُبِينِ (2) And olsun bu aydın Kitaba
 | 
| إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ (3) Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq
 | 
| فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ (4) Hər bir hikmətli iş o gecədə ayırd edilir –
 | 
| أَمْرًا مِّنْ عِندِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ (5) dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –
 | 
| رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ (6) sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir
 | 
| رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُم مُّوقِنِينَ (7) Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir
 | 
| لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ (8) Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir
 | 
| بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ (9) Lakin onlar şəkkə qapılıb əylənirlər
 | 
| فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُّبِينٍ (10) Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə
 | 
| يَغْشَى النَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ (11) O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır
 | 
| رَّبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ (12) Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər
 | 
| أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُّبِينٌ (13) Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də
 | 
| ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَّجْنُونٌ (14) onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər
 | 
| إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ (15) Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız
 | 
| يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنتَقِمُونَ (16) Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq
 | 
| ۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ (17) Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi
 | 
| أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ (18) O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm
 | 
| وَأَن لَّا تَعْلُوا عَلَى اللَّهِ ۖ إِنِّي آتِيكُم بِسُلْطَانٍ مُّبِينٍ (19) Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm
 | 
| وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَن تَرْجُمُونِ (20) Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram
 | 
| وَإِن لَّمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ (21) Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”
 | 
| فَدَعَا رَبَّهُ أَنَّ هَٰؤُلَاءِ قَوْمٌ مُّجْرِمُونَ (22) Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”
 | 
| فَأَسْرِ بِعِبَادِي لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ (23) Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız
 | 
| وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ (24) Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”
 | 
| كَمْ تَرَكُوا مِن جَنَّاتٍ وَعُيُونٍ (25) Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər
 | 
| وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ (26) Habelə əkinlər, möhtəşəm yerlər
 | 
| وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ (27) və içində həzz aldıqları nemətləri də qoyub getdilər
 | 
| كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ (28) Bax belə! Biz o nemətlərə başqalarını varis etdik
 | 
| فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ (29) Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi
 | 
| وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ (30) Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
 | 
| مِن فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِّنَ الْمُسْرِفِينَ (31) Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi
 | 
| وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَىٰ عِلْمٍ عَلَى الْعَالَمِينَ (32) Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq
 | 
| وَآتَيْنَاهُم مِّنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مُّبِينٌ (33) Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik
 | 
| إِنَّ هَٰؤُلَاءِ لَيَقُولُونَ (34) Bunlar mütləq deyəcəklər
 | 
| إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ (35) “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik
 | 
| فَأْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ (36) Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”
 | 
| أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ (37) Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi
 | 
| وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ (38) Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq
 | 
| مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ (39) Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir
 | 
| إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ (40) Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır
 | 
| يَوْمَ لَا يُغْنِي مَوْلًى عَن مَّوْلًى شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ (41) O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir
 | 
| إِلَّا مَن رَّحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ (42) Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir
 | 
| إِنَّ شَجَرَتَ الزَّقُّومِ (43) Həqiqətən, zəqqum ağacı
 | 
| طَعَامُ الْأَثِيمِ (44) günahkar adamın yeməyidir
 | 
| كَالْمُهْلِ يَغْلِي فِي الْبُطُونِ (45) Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
 | 
| كَغَلْيِ الْحَمِيمِ (46) qaynar su qaynayan kimi
 | 
| خُذُوهُ فَاعْتِلُوهُ إِلَىٰ سَوَاءِ الْجَحِيمِ (47) Onu tutub Cəhənnəmin ortasına sürüyün
 | 
| ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الْحَمِيمِ (48) Sonra əzab vermək üçün başına qaynar su tökün
 | 
| ذُقْ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْكَرِيمُ (49) Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin
 | 
| إِنَّ هَٰذَا مَا كُنتُم بِهِ تَمْتَرُونَ (50) Sizin şübhə etdiyiniz əzab budur
 | 
| إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ (51) Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
 | 
| فِي جَنَّاتٍ وَعُيُونٍ (52) bağçalarda və çeşmələr başında olacaqlar
 | 
| يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَابِلِينَ (53) Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər
 | 
| كَذَٰلِكَ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ (54) Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik
 | 
| يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ (55) Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər
 | 
| لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَىٰ ۖ وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ (56) Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –
 | 
| فَضْلًا مِّن رَّبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ (57) sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur
 | 
| فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ (58) Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər
 | 
| فَارْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ (59) Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər
 |