حم (1) Ha. Mim |
وَالْكِتَابِ الْمُبِينِ (2) And olsun bu aydın Kitaba |
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ (3) Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq |
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ (4) Hər bir hikmətli iş o gecədə ayırd edilir – |
أَمْرًا مِّنْ عِندِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ (5) dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk – |
رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ (6) sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir |
رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُم مُّوقِنِينَ (7) Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir |
لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ (8) Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir |
بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ (9) Lakin onlar şəkkə qapılıb əylənirlər |
فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُّبِينٍ (10) Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə |
يَغْشَى النَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ (11) O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır |
رَّبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ (12) Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər |
أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُّبِينٌ (13) Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də |
ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَّجْنُونٌ (14) onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər |
إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ (15) Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız |
يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنتَقِمُونَ (16) Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq |
۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ (17) Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi |
أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ (18) O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm |
وَأَن لَّا تَعْلُوا عَلَى اللَّهِ ۖ إِنِّي آتِيكُم بِسُلْطَانٍ مُّبِينٍ (19) Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm |
وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَن تَرْجُمُونِ (20) Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram |
وَإِن لَّمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ (21) Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!” |
فَدَعَا رَبَّهُ أَنَّ هَٰؤُلَاءِ قَوْمٌ مُّجْرِمُونَ (22) Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!” |
فَأَسْرِ بِعِبَادِي لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ (23) Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız |
وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ (24) Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!” |
كَمْ تَرَكُوا مِن جَنَّاتٍ وَعُيُونٍ (25) Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər |
وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ (26) Habelə əkinlər, möhtəşəm yerlər |
وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ (27) və içində həzz aldıqları nemətləri də qoyub getdilər |
كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ (28) Bax belə! Biz o nemətlərə başqalarını varis etdik |
فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ (29) Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi |
وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ (30) Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq – |
مِن فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِّنَ الْمُسْرِفِينَ (31) Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi |
وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَىٰ عِلْمٍ عَلَى الْعَالَمِينَ (32) Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq |
وَآتَيْنَاهُم مِّنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مُّبِينٌ (33) Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik |
إِنَّ هَٰؤُلَاءِ لَيَقُولُونَ (34) Bunlar mütləq deyəcəklər |
إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ (35) “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik |
فَأْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ (36) Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!” |
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ (37) Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi |
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ (38) Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq |
مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ (39) Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir |
إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ (40) Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır |
يَوْمَ لَا يُغْنِي مَوْلًى عَن مَّوْلًى شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ (41) O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir |
إِلَّا مَن رَّحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ (42) Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir |
إِنَّ شَجَرَتَ الزَّقُّومِ (43) Həqiqətən, zəqqum ağacı |
طَعَامُ الْأَثِيمِ (44) günahkar adamın yeməyidir |
كَالْمُهْلِ يَغْلِي فِي الْبُطُونِ (45) Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – |
كَغَلْيِ الْحَمِيمِ (46) qaynar su qaynayan kimi |
خُذُوهُ فَاعْتِلُوهُ إِلَىٰ سَوَاءِ الْجَحِيمِ (47) Onu tutub Cəhənnəmin ortasına sürüyün |
ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الْحَمِيمِ (48) Sonra əzab vermək üçün başına qaynar su tökün |
ذُقْ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْكَرِيمُ (49) Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin |
إِنَّ هَٰذَا مَا كُنتُم بِهِ تَمْتَرُونَ (50) Sizin şübhə etdiyiniz əzab budur |
إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ (51) Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə – |
فِي جَنَّاتٍ وَعُيُونٍ (52) bağçalarda və çeşmələr başında olacaqlar |
يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَابِلِينَ (53) Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər |
كَذَٰلِكَ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ (54) Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik |
يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ (55) Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər |
لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَىٰ ۖ وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ (56) Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur – |
فَضْلًا مِّن رَّبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ (57) sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur |
فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ (58) Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər |
فَارْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ (59) Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər |