القرآن باللغة الأذربيجانية - سورة العاديات مترجمة إلى اللغة الأذربيجانية، Surah Adiyat in Azerbaijani. نوفر ترجمة دقيقة سورة العاديات باللغة الأذربيجانية - Azerbaijani, الآيات 11 - رقم السورة 100 - الصفحة 599.

| وَالْعَادِيَاتِ ضَبْحًا (1) And olsun tövşüyə-tövşüyə çapanlara |
| فَالْمُورِيَاتِ قَدْحًا (2) And olsun dırnaqları ilə qığılcım çıxaranlara |
| فَالْمُغِيرَاتِ صُبْحًا (3) And olsun sübh çağı həmlə edənlərə ki |
| فَأَثَرْنَ بِهِ نَقْعًا (4) hücuma keçib tozanaq qaldıraraq |
| فَوَسَطْنَ بِهِ جَمْعًا (5) qoşunun içərisinə soxulurlar |
| إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ (6) Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur |
| وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ (7) Özü də bunun şahididir |
| وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ (8) Həqiqətən, o, var-dövlətə çox hərisdir |
| ۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ (9) Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı |
| وَحُصِّلَ مَا فِي الصُّدُورِ (10) və kökslərdə olanlar aşkar ediləcəyi zaman – |
| إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌ (11) məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır |