| وَيْلٌ لِّلْمُطَفِّفِينَ (1) Çəkidə və ölçüdə aldadanların vay halına
 | 
| الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ (2) O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər
 | 
| وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ (3) onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar
 | 
| أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُم مَّبْعُوثُونَ (4) Onlar dirildiləcəklərini fikirləşmirlərmi
 | 
| لِيَوْمٍ عَظِيمٍ (5) Həm də əzəmətli bir gündə
 | 
| يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ (6) O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar
 | 
| كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ (7) Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir
 | 
| وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ (8) Sən haradan biləsən ki, Siccin nədir
 | 
| كِتَابٌ مَّرْقُومٌ (9) O, yazılı bir kitabdır
 | 
| وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ (10) O gün haqqı yalan hesab edənlərin vay halına
 | 
| الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ (11) O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər
 | 
| وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ (12) Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz
 | 
| إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ (13) Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!”– deyir
 | 
| كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ (14) Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür
 | 
| كَلَّا إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ (15) Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək
 | 
| ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ (16) Sonra onlar Cəhənnəmə girəcəklər
 | 
| ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ (17) və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”
 | 
| كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ (18) Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir
 | 
| وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ (19) Sən haradan biləsən ki, İlliyyun nədir
 | 
| كِتَابٌ مَّرْقُومٌ (20) O, elə bir yazılı kitabdır ki
 | 
| يَشْهَدُهُ الْمُقَرَّبُونَ (21) onu yalnız Allaha yaxın olanlar görürlər
 | 
| إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ (22) Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar
 | 
| عَلَى الْأَرَائِكِ يَنظُرُونَ (23) Onlar taxtlar üstündə seyrə dalacaqlar
 | 
| تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ (24) Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən
 | 
| يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ (25) Onlara möhürlü şərabdan içirdiləcəkdir
 | 
| خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ (26) Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər
 | 
| وَمِزَاجُهُ مِن تَسْنِيمٍ (27) Onun qatışığı isə təsnim bulağındandır
 | 
| عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ (28) O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər
 | 
| إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ (29) Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər
 | 
| وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ (30) onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər
 | 
| وَإِذَا انقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انقَلَبُوا فَكِهِينَ (31) öz ailələrinin yanına fərəhlə qayıdırdılar
 | 
| وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ (32) möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”
 | 
| وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ (33) Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar
 | 
| فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ (34) Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər
 | 
| عَلَى الْأَرَائِكِ يَنظُرُونَ (35) Onlar taxtlar üstündə ətrafa baxacaqlar
 | 
| هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ (36) Kafirlər törətdiklərinin cəzasını aldılarmı
 |