القرآن باللغة الأذربيجانية - سورة الحاقة مترجمة إلى اللغة الأذربيجانية، Surah Al-Haqqah in Azerbaijani. نوفر ترجمة دقيقة سورة الحاقة باللغة الأذربيجانية - Azerbaijani, الآيات 52 - رقم السورة 69 - الصفحة 566.

| الْحَاقَّةُ (1) Haqq olan Qiyamət | 
| مَا الْحَاقَّةُ (2) Nədir haqq olan Qiyamət | 
| وَمَا أَدْرَاكَ مَا الْحَاقَّةُ (3) Sən nə biləsən ki, nədir haqq olan Qiyamət | 
| كَذَّبَتْ ثَمُودُ وَعَادٌ بِالْقَارِعَةِ (4) Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar | 
| فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا بِالطَّاغِيَةِ (5) Səmud tayfası qorxunc bir səslə məhv edildi | 
| وَأَمَّا عَادٌ فَأُهْلِكُوا بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ (6) Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi | 
| سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَانِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى الْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ (7) Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin | 
| فَهَلْ تَرَىٰ لَهُم مِّن بَاقِيَةٍ (8) Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi | 
| وَجَاءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ (9) Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər | 
| فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً (10) Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı | 
| إِنَّا لَمَّا طَغَى الْمَاءُ حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ (11) Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq | 
| لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ (12) Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik | 
| فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ (13) Sur bircə dəfə üfürüləcəyi | 
| وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً (14) yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman – | 
| فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ (15) həmin gün Vaqiə qopacaq | 
| وَانشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ (16) Göy yarılacaq və həmin gün o, süst olacaqdır | 
| وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ (17) Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır | 
| يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌ (18) O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir | 
| فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَءُوا كِتَابِيَهْ (19) Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı | 
| إِنِّي ظَنَنتُ أَنِّي مُلَاقٍ حِسَابِيَهْ (20) Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam” | 
| فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ (21) O, xoşbəxt həyat sürəcəkdir – | 
| فِي جَنَّةٍ عَالِيَةٍ (22) uca bir Cənnətdə – | 
| قُطُوفُهَا دَانِيَةٌ (23) elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır | 
| كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ (24) Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcəkdir | 
| وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ (25) Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi | 
| وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ (26) Hesabımdan da xəbərim olmayaydı | 
| يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ (27) Kaş ilk ölümüm həmişəlik olaydı | 
| مَا أَغْنَىٰ عَنِّي مَالِيَهْ ۜ (28) Var-dövlətim məni əzabdan qurtarmadı | 
| هَلَكَ عَنِّي سُلْطَانِيَهْ (29) Hökmranlığım da məhv olub getdi” | 
| خُذُوهُ فَغُلُّوهُ (30) Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin | 
| ثُمَّ الْجَحِيمَ صَلُّوهُ (31) Sonra da Cəhənnəmə atın | 
| ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ (32) Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun | 
| إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ (33) Çünki o, Böyük Allaha iman gətirmirdi | 
| وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ (34) və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi | 
| فَلَيْسَ لَهُ الْيَوْمَ هَاهُنَا حَمِيمٌ (35) Bu gün burada onun üçün bir dost tapılmaz | 
| وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ (36) Qanlı irindən başqa yeməyi də yoxdur | 
| لَّا يَأْكُلُهُ إِلَّا الْخَاطِئُونَ (37) Onu ancaq günahkarlar yeyər” | 
| فَلَا أُقْسِمُ بِمَا تُبْصِرُونَ (38) And içirəm həm gördüklərinizə | 
| وَمَا لَا تُبْصِرُونَ (39) və həm də görmədiklərinizə | 
| إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ (40) Bu, möhtərəm bir Elçinin sözüdür | 
| وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ (41) O, şair sözü deyildir! Necə də az inanırsınız | 
| وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ (42) O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz | 
| تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ (43) O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir | 
| وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ (44) Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi | 
| لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ (45) Biz onu sağ əlindən yaxalayar | 
| ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ (46) sonra da şah damarını kəsərdik | 
| فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ (47) İçərinizdən heç kəs buna mane ola bilməzdi | 
| وَإِنَّهُ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ (48) Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir | 
| وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ (49) Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik | 
| وَإِنَّهُ لَحَسْرَةٌ عَلَى الْكَافِرِينَ (50) Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır | 
| وَإِنَّهُ لَحَقُّ الْيَقِينِ (51) Sözsüz ki, bu Quran əsl həqiqətdir | 
| فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ (52) Elə isə Böyük Rəbbinin adına təriflər de |