القرآن باللغة الأذربيجانية - سورة الضحى مترجمة إلى اللغة الأذربيجانية، Surah Duha in Azerbaijani. نوفر ترجمة دقيقة سورة الضحى باللغة الأذربيجانية - Azerbaijani, الآيات 11 - رقم السورة 93 - الصفحة 596.

| وَالضُّحَىٰ (1) And olsun səhərə |
| وَاللَّيْلِ إِذَا سَجَىٰ (2) And olsun sakitləşən gecəyə |
| مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ (3) Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu |
| وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَىٰ (4) Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir |
| وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ (5) Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan |
| أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ (6) Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi |
| وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ (7) Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi |
| وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ (8) Kasıb olduğun zaman səni varlandırmadımı |
| فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ (9) Elə isə yetimə xor baxma |
| وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ (10) Səndən kömək diləyəni qovma |
| وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ (11) Və Rəbbinin nemətindən danış |