القرآن باللغة الأذربيجانية - سورة الغاشية مترجمة إلى اللغة الأذربيجانية، Surah Ghashiya in Azerbaijani. نوفر ترجمة دقيقة سورة الغاشية باللغة الأذربيجانية - Azerbaijani, الآيات 26 - رقم السورة 88 - الصفحة 592.

| هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ (1) Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı |
| وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ (2) O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək |
| عَامِلَةٌ نَّاصِبَةٌ (3) üzülüb əldən düşəcək |
| تَصْلَىٰ نَارًا حَامِيَةً (4) çox qızmar oda girəcək |
| تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ (5) qaynar çeşmədən içirdiləcəkdir |
| لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ (6) Onlara daridən başqa bir yemək verilməyəcəkdir |
| لَّا يُسْمِنُ وَلَا يُغْنِي مِن جُوعٍ (7) O onları nə doydurar, nə də aclıqdan xilas edər |
| وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ (8) O gün neçəsinin üzündə fərəh görünəcək |
| لِّسَعْيِهَا رَاضِيَةٌ (9) dünyadakı səylərindən məmnun qalacaq |
| فِي جَنَّةٍ عَالِيَةٍ (10) uca Cənnətdə olacaq |
| لَّا تَسْمَعُ فِيهَا لَاغِيَةً (11) orada faydasız söz eşitməyəcəkdir |
| فِيهَا عَيْنٌ جَارِيَةٌ (12) Orada axar çeşmələr vardır |
| فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ (13) Orada hündür taxtlar |
| وَأَكْوَابٌ مَّوْضُوعَةٌ (14) düzülmüş piyalələr |
| وَنَمَارِقُ مَصْفُوفَةٌ (15) yan-yana qoyulmuş yastıqlar |
| وَزَرَابِيُّ مَبْثُوثَةٌ (16) və döşəmələrə sərilmiş xalçalar vardır |
| أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ (17) Məgər onlar dəvənin necə yaradıldığını görmürlər |
| وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ (18) Göyün necə yüksəldiyini görmürlər |
| وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ (19) Dağların necə sancıldığını görmürlər |
| وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ (20) Yerin necə döşədildiyini görmürlər |
| فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ (21) Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən |
| لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ (22) Sən onların üstündə hökmdar deyilsən |
| إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ (23) Lakin üz döndərib küfr edəni |
| فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ (24) Allah ən şiddətli əzabla cəzalandırar |
| إِنَّ إِلَيْنَا إِيَابَهُمْ (25) Şübhəsiz ki, onların dönüşü Bizədir |
| ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم (26) Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir |