| وَالشَّمْسِ وَضُحَاهَا (1) And olsun günəşə və onun saçdığı şəfəqə
 | 
| وَالْقَمَرِ إِذَا تَلَاهَا (2) And olsun ondan sonra zühur edən aya
 | 
| وَالنَّهَارِ إِذَا جَلَّاهَا (3) And olsun günəşi açıqlığa çıxardan gündüzə
 | 
| وَاللَّيْلِ إِذَا يَغْشَاهَا (4) And olsun günəşi bürüyən gecəyə
 | 
| وَالسَّمَاءِ وَمَا بَنَاهَا (5) And olsun göyə və onu qurana
 | 
| وَالْأَرْضِ وَمَا طَحَاهَا (6) And olsun yerə və onu döşəyənə
 | 
| وَنَفْسٍ وَمَا سَوَّاهَا (7) And olsun nəfsə və onu yaradıb kamilləşdirənə
 | 
| فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا (8) ona günahları və Allahdan qorxmağı təlqin edənə
 | 
| قَدْ أَفْلَحَ مَن زَكَّاهَا (9) Nəfsini günahdan təmizləyən uğur qazanmışdır
 | 
| وَقَدْ خَابَ مَن دَسَّاهَا (10) Onu günaha batıran isə ziyana uğramışdır
 | 
| كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا (11) Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi
 | 
| إِذِ انبَعَثَ أَشْقَاهَا (12) Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda
 | 
| فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا (13) Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”
 | 
| فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَا (14) Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi
 | 
| وَلَا يَخَافُ عُقْبَاهَا (15) Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz
 |